Bu gün magistraturaya qəbul imtahanı keçirilir
Sumqayıt hadisələrindən 33 il ötür
XİN-dən Ermənistana - Xəbərdarlıq
Saatlı sakini səhvən özünü öldürdü
Fransada etiraz aksiyası
Sarkisyan Paşinyanın qərarını rədd etdi
Yoluxanların və ölənlərin sayı artdı
Həftəsonu yarmarkaları bu ünvanlarda olacaq
“Xocalıya ədalət tələb edirik” - İsrail qəzeti
Türkiyədə ənənəvi təhsil bərpa olunur


22.02.2021  14:09 

“Bayraktar” Ermənistanın HHM və radar sistemlərini məhv edib





A+  A-

Türkiyənin ilk yerli və milli döyüş PUA-sı “TB2 Bayraktar” 300 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyənin aviasiya tarixində yeni bir rekorda imza atıb.
XəzərNews.az xəbər verir ki, bu barədə döyüş PUA-larının istehsalçısı “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, 2000-ci illərin əvvəllərindən bəri pilotsuz uçuş aparatları sahəsində ən böyük əlavə dəyər hesab olunan proqram və təchizat sistemlərini türk mühəndislərindən ibarət heyətlə inkişaf etdirən “Baykar” 13 fərqli sahə üzrə mühəndislik gücü ilə dünyanın qabaqcıl texnoloji şirkətlərindən biri hesab olunur.

Bütün kritik komponentləri, dizaynları və proqramları “Baykar” tərəfindən müstəqil şəkildə inkişaf etdirilən “Bayraktar” dünyada rekord sayılacaq səviyyədə - 93%-lik yerli sənaye iştirakı ilə istehsal edilir.

Qarabağın azad edilməsində mühüm rol oynayıb.

Açıqlamada qeyd olunub ki, “Bayraktar TB2” PUA-ları 30 ilə yaxındır davam edən Qarabağın işğalına son qoyulmasında mühüm rol oynayıb.

Vətən müharibəsi zamanı “Baykar” tərəfindən istehsal edilən “Bayraktar TB2” PUA-ları Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu istifadə edilib. Müdafiə analitiklərinin təsdiqlədiyi araşdırmalara görə, “Bayraktar TB2” PUA-ları Ermənistana məxsus HHM və radar sistemləri, tanklar, zirehli texnika, yük maşınları, artilleriya və istehkam qurğularını məhv edib. Dünyanı təəccübləndirən Azərbaycan Ordusunun bu müvəffəqiyyəti ilə dünya mediası və müdafiə mütəxəssisləri Türk PUA-larının müharibə tarixini dəyişdirərək oyun qurucu bir gücə nail olduğunu təsdiqləyib.

Şirkət rəsmilərinin məlumatına görə, “Baykar” şirkəti gəlirlərinin çox hissəsini xarici ölkələrə ixracatdan qazanıb. 2012-ci ildən etibarən PUA ixracatını həyata keçirən “Baykar” 2020-ci ildə 360 milyon dollarlıq PUA ixracatı ilə müdafiə sənayesi kimi strateji bir sahədə böyük müvəffəqiyyət əldə edib. Hazırda Türkiyə PUA-ları ilə maraqlanan bir çox ölkə ilə danışıqların davam etdiyi qeyd olunub.

Xəbər 1831 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.02.2021  21:44 

Bakıda mənzildən meyit tapıldı

27.02.2021  19:45 

Fransada etiraz aksiyası

27.02.2021  18:06 

Martın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +