Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.01.2021  14:36 

Bakıda 1000-ə yaxın sürücü iki taksi şirkətini boykot edir





A+  A-

Artıq bir neçə gündür ki, Bakıda minə yaxın taksi sürücüsü "Maksim (2111) və "Omeqa” (0404) çağrı mərkəzlərini boykot edir.
XəzərNews.az xəbər verir ki, sürücülər bu şirkətlərdə qiymətlərin həddən artıq ucuz olması və təklif olunan şərtlərin onları qane etmədiyini bildirirlər. Boykotçu sürücülər bu şirkətlərdən sifarişləri qəbul etmir, öz sıralarını getdikcə genişləndirmək üçün səy göstərirlər.

Sürücülər arasında təşkilatlanma işinə start verilib. Artıq "Telegram" sosial şəbəkəsində "Boykot” kanalı yaradılıb və bir neçə gün ərzində 943 sürücü bu kanala abunə olub.

Həmçinin Taksi Sürücülərinin İctimai Birliyi təsis edilib və qurumun "Facebook" səhifəsi yaradılıb.

Aksiyanın elan edilən məqsədi sürücülərin hüquqlarını pozan və insan əməyi üzərində minimum qiymət rəqabətinə girən çağrı mərkəzlərini və şirkətləri boykot etməkdir.

Xəbər 4957 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +