Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


13.01.2021  19:14 

Mübariz Mənsimovun məhkəməsi yekunlaşdı - “Palmali“ nəticələri açıqladı





A+  A-

"Palmalı" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi mart ayının 5-ə təxirə salınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə "Palmalı" şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva bildirib.

Onun sözlərinə görə, Mübariz Mənsimov məhkəmədə FETÖ-çü olmadığını deyib:

"Məni həbs etmək, terror şəbəkəsinin çörəyinə yağ sürtməkdir. Mən heç bir zaman FETÖ-çü olmadım, deyiləm və ola da bilmərəm! Sərbəst buraxılmağımı istəyirəm! Mən dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb, Türkiyəyə daşıdım. Mənim burda 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdə. Orda olanlar azərbaycanlı və türklərdir. "Palmali"-nin iflasa uğraması Türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5 -ci sırada gedən şirkətlərdən biri idi. Bu, bir Türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm cənab Hakim! Mənə kimsə FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də! Elədirsə, bu günə qədər məktəb, xəstəxanaları hansısa vəqfə və ya bu təşkilata hədiyyə edərdim. Mən bütün hamısını inşa etdirdim və dövlətə təslim etdim".
Məlumata görə, İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Xəbər 821 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +