200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.12.2020  14:43 

Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşdi





A+  A-

Baş nazir Əli Əsədov “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 76 nömrəli və “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, səfərbərliyə çağırılan tələbələrin yekun dövlət imtahanı onların daha öncəki təhsil nəticələrinə görə hesablanacaq.

Hər iki qərara aşağıdakı bənd əlavə edilib:

2019/2020-ci tədris ilində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari və aralıq attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbə təhsil müddətində əldə etdiyi nəticələrə uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunur.

Bu Qərar 2021-ci il yanvarın 31-dək qüvvədədir.

Xəbər 2551 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +