Sabaha gözlənilən hava açıqlandı
Dərslər həftə üzrə belə keçiriləcək
Bakıda silahlı şəxslər tutuldu - Video
Bakıda yataqxanada yanğın olub
Qocalar evi yandı - 15 nəfər öldü
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
Qış tətilinin vaxtı açıqlandı
Postlardan 2315 maşın qaytarılıb
BƏƏ də Rusiya peyvəndini təsdiqlədi
“Münasibətlərimiz Baydendən asılıdır” - Peskov


25.11.2020  13:21 

Rusiyada bir günə 507 nəfər öldü - Qonşu ölkələrdə son vəziyyət





A+  A-

Gürcüstanda son 24 saat ərzində daha 3 074 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 114 min 889-ə çatıb.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 34 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1085-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 95 min 581 nəfərdir.

Rusiyada isə son bir gündə 23 min 675 yeni yoluxma faktı qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 507 pasiyent ölüb, 23 min 748 nəfər isə sağalaraq xəstəxanadan çıxıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 162 min 503 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 1563 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 129 min 85 nəfərə çatıb. Daha 38 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2040-a çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Xəbər 762 dəfə oxunub.




22.01.2021  15:23 

Bu da Qarğabazar kəndi - Video

22.01.2021  11:57 

Azərbaycan nefti ucuzlaşdı

22.01.2021  09:56 

Bakıda yataqxanada yanğın olub


BÜTÜN XƏBƏRLƏR +