Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.08.2020  15:08 

Merkeldən Rusiya açıqlaması





A+  A-

Kansler Angela Merkel Almaniya ilə Rusiya arasındakı münasibətlərdə status-kvonun qorunmalı olduğunu hesab edir.
XəzərNews.az xəbər verir ki, Merkel bu barədə hər ilin yayında Berlində keçirilən xüsusi mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, Ukrayna ilə əlaqəli son illərdəki qarşıdurmalar, sanksiyalar və casus qalmaqalları Almaniya-Rusiya və Avropa-Rusiya münasibətlərini yenidən gərginləşdirir, buna baxmayaraq münasibətləri qorumaq lazımdır.

“Hər halda, biz hər zaman danışıqlarda Rusiya ilə davam etməli olduğumuzu demişik. Bir çox beynəlxalq mövzu var. Məsələn, Suriyanı götürsək, burada Rusiya ikitərəfli münasibətlərdən savayı, danışıqlarda qalmalı olduğumuz geostratejik iştirakçıdır.

Məqsəd, əvvəlki kimi, Rusiya ilə yaxşı münasibətlər saxlamaqdır. Rusiya qədim və böyük mədəniyyətə sahib olan nəhəng bir ölkədir və bu gərginlik açıq-aşkar bizi yaxın aylarda da müşayiət edəcək”, - deyə Merkel vurğulayıb.

Qeyd edək ki, 9 avqust Belarusda keçirilən prezident seçkilərindən sonra baş verən ictimai-siyasi böhran fonunda Almaniyanın Rusiyaya qarşı siyasətini dəyişdirməyə razı olacağı ehtimalı olunurdu.



Xəbər 3590 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +