Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq
İctimai nəqliyyatla bağlı məhdudiyyət bitdi
İxtisas seçiminin vaxtı uzadıldı
Ekzoplanetlərdə almaz tapıla bilər
Sabahın havası açıqlandı
Türkiyədə daha 3 terrorçu təslim oldu
Vilayət Eyvazovdan rəis təyinatı
Atlantik okeanda güclü zəlzələ
MTN polkovnikinin həbs müddəti uzadıldı
Mərakeşdə rekord göstərici


10.08.2020  10:37 

“Evdə müalicə alanlar 14 gün sonra avtomatik sağalmış sayılır” - Səhiyyə Nazirliyi





A+  A-

Jurnalist Dünya Sakit koronavirusa yoluxmuş qardaşı oğlunun 15 gündən sonra təkrar test vermək istəyinə poliklinikadan “yox” cavabı verilməsindən narazılığını bildirib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, D.Sakit qeyd edib ki, qardaşı oğlu xəstəliyi simptomsuz evdə keçirib: “15 gündən sonra təkrar test olunmasını istədik. Yerli poliklinikadan dedilər ki, artıq ikinci test eləməyə icazə verilmir, 15 gündən sonra pozitivlərin hamısı sağalmış kimi qeydiyyata alınır”.

D.Sakit həmçinin qeyd edib ki, koronavirusa yoluxmuş həyat yoldaşının qan dəyərlərini yoxlatmaq istəyinə də “yox” cavabı verilib:

“Poliklinika və 103 xidmətindən dedilər ki, biz evdə heç kimdən analiz götürmürük, özələ gedin. Yaxşı, koronaviruslu xəstə evindən çıxanda 300 manat cərimə, yaxud cinayət işi açılır. Bu adam özəl klinikaya necə getsin? Özəl klinikalara zəng vurdum, dedim, qanını gətirim analiz edin, dedilər, qəti olmaz, siz xəstə ilə eyni evdə yaşayırsınız, kontaktda olursunuz, sizi klinikaya buraxa bilmərik”.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”ya bildirilib ki, vətəndaşa hər iki halda prosedura uyğun olaraq doğru cavab verilib:

“Qəbul edilmiş evdə müalicə proseduruna uyğun olaraq, COVİD-19 testi pozitiv çıxan və evdə müalicə olunan şəxslər 14 gündən sonra avtomatik olaraq sağalmış sayılır və onların adı sistemdən silinir. Həmin şəxslərdən təkrar test götürməyə ehtiyac yoxdur. Bu şəxslər artıq koronaviruslu xəstə sayılmadığı üçün evdən çıxmalarına görə də cinayət məsuliyyətinə cəlb olunmurlar.

Qan analizi götürülməsinə gəldikdə isə, COVİD-19 xəstələrinin evdə müalicə proseduruna evdə qan analizi götürülməsi daxil deyil”.

Xəbər 736 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.09.2020  13:05 

Sabah 28 dərəcə isti olacaq

21.09.2020  11:22 

Ronaldodan yeni rekord

21.09.2020  08:43 

Türkiyədə güclü zəlzələ

20.09.2020  12:05 

Sabahın havası açıqlandı

20.09.2020  09:43 

Mövqelərimiz atəşə tutuldu

19.09.2020  13:19 

Qazaxıstanda quş qripi yayıldı


BÜTÜN XƏBƏRLƏR +