Dünən dənizdə 2 nəfər xilas edilib
Moskvada daha 13 nəfər koronavirusdan öldü
Yoluxanların sayı 200-dən aşağı düşdü
Təhsil Nazirliyi məlumat yaydı
Qaydaları pozan 17 velosipedçi cərimələndi
Çimərliklərdə 25 dərəcə isti olacaq
Gürcüstanda tədris ili 15 sentyabrda başlayacaq
Avropa Liqası 5 ay sonra bərpa olunur
Azərbaycan XİN Livana başsağlığı verdi
Rayona getmək üçün icazələr belə alınacaq


01.08.2020  17:11 

Məktəblərin nə vaxt açılması müzakirə olunub





A+  A-

TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının keçirdiyi brifinqdə növbəti dönəmdə çimərliklərin, məktəblərin və Bakıdan rayonlara gediş-gəlişin açılması məsələsinə toxunulub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, məktəblərin açılması Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı missiyası ilə müzakirə olunub: "Biz bundan öncə bu yolu keçmiş bəzi ölkələrin təcrübəsini müzakirə etmişik. Məktəblərin və uşaq bağçalarının nə vaxt açılması müzakirə olunub. Vətəndaşlarımız üçün, ölkəmiz üçün ən doğru qərar hansıdırsa, o qərarlar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".

Hande Harmancı bildirib ki, rayonlara gediş-gəlişin, məktəblərin, çimərliklərin açılması barədə qərarlar sübutlara söykənir: "Məsələn, bir qrup insan Bakıdan virusun olmadığı rayona gedib və orada infeksiyasının yayılmasına səbəb olub. Bunun kimi hadisələr nümunə kimi rayonlara gedişin yoluxmaları artıracağı kimi qəbul olunur. Hər belə hadisə Operativ Qərargahın qəbul edəcəyi qərarlara təsir edir. Bütün qərarlar bu hadisələrə, rəqəmlərə, statistikaya əsaslanır. Bütün qərarlar yoluxmanın azalması, koronavirusdan ölənlərin sayının azalması üçün verilir. Bu isti günlərdə hər kəs kimi bu qərarları verən insanlar da çölə çıxıb gözəl havadan faydalanmaq istəyirlər.

Mən vətəndaşlara müraciət edirəm ki, hökumətə, rəsmi mənbələrə inanın, qaydalara əməl edin ki, qış aylarında daha az yoluxma ilə qarşılaşaq".

Xəbər 965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.08.2020  11:43 

Neft 45 dollardan satılır

06.08.2020  10:06 

Bakıda binada yanğın olub

05.08.2020  15:39 

Təhsil Nazirliyi məlumat yaydı

05.08.2020  08:53 

Beyrut fəlakət zonası elan edildi


BÜTÜN XƏBƏRLƏR +