Heydərov gömrüyün nə dünənində var, nə də bu günündə...
Ərdoğan Zelenski ilə görüşdü - FOTO
Deputat yanğınsöndürmə əməliyyatında - Fotolar
Müəllimlərin maaşı artdı - Fərman
İş adamı Rasim Salmanov biznesini niyə satır?
Ermənilər Laçını belə yandırır - Foto
“Qarabağ“ı qəzəbləndirmək istəyirdik“
“Qarabağ” - “Viktoriya”: İlk hissə heç-heçə
“Qarabağ“ “Viktoriya”ya qarşı - Yenilənir
FHN “Qalaaltı”nı qoruya biləcəkmi? - Yanğın


20.06.2020  11:15 

Tramp koronavirusa baxmayaraq, bu qərarı verdi





A+  A-

Ağ Ev koronavirus pandemiyasına baxmayaraq, 4 İyul Müstəqillik Günündə genişmiqyaslı tədbirlər planının keçirilməsini təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Politico”nəşri yazıb.

Nəşrin məlumatına görə, 1776-cı il Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümünü geniş şəkildə qeyd etmək fikri şəxsən Prezident Donald Trampa məxsusdur. O, iyulun 4-də Vaşinqtonda bayram atəşfəşanlığı keçiriləcəyini və kütlənin qarşısında çıxış edəcəyini söyləyib.

Plana görə, Ağ Evin qarşısında estafetlər, müsabiqələr və hərbi nümayişlər keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Demokrat Partiyasından olan qubernatorların bir hissəsi bayramın keçirilməsinə qarşı çıxmışdı.

Xatırladaq ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 2 milyondan çox COVID-19-a yoluxma faktı aşkar edilib. Ölkə yoluxma (2 297 190 nəfər) və ölüm (121 407 nəfər) sayına görə dünyada birinci yerdədir.

Xəbər 998 dəfə oxunub.



18.08.2022  18:32 

COVID-19-a 545 yeni yoluxma

17.08.2022  18:05 

Eynulla Fətullayev Zabuxda - Foto

17.08.2022  17:55 

COVID-19-a 710 yeni yoluxma


BÜTÜN XƏBƏRLƏR +