Rəhim Qazıyev saxlanıldı
Hava şəraiti il bağlı xəbərdarlıq
Məmmədyarov Lavrovla telefonla danışdı
Prezident Təhlükəsizlik Şurasının iclasını çağırdı
Ucardakı qətli mərhumun oğlu törədibmiş
Tovuz istiqamətində 2 erməni polisi yaralanıb
Baş əsgər də torpağa tapşırıldı
Üç övladı şəhid atanı yola saldı...
23 yaşlı qız ov tüfəngi ilə güllələndi
Dünyada yoluxanların sayı 13 milyonu ötdü


04.06.2020  12:38 

20 yaşlı qardaş bacısını öldürdü, ata boynuna götürdü





A+  A-

Ötən axşam Daşkəsən rayon sakini Elgün Abbasova qətlə yetirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, öldürülən qıza görə iki nəfər cinayəti üzərinə götürüb.

Belə ki, iyunun 3-ü axşam saatlarında rayonun Əhmədli kənd sakini Elşad Abbasov polisə zəng edərək qızı Elgün Abbasovanı öldürdüyünü bildirib. Lakin bundan yarım saat sonra onun oğlu Elvin Abbasov da 102-yə zəng edərək bacısını özünün öldürdüyünü deyib.

İlkin məlumata görə, Elgün Abbasovanı qardaşı Elvin Abbasov odun parçası ilə başından vuraraq öldürüb. Hazırda E.Abbasov saxlanılıb və araşdırma davam edir.

Məlumata görə, E.Abbasov bacısını qısqanclıq zəminində öldürüb. Buna görə də ilk olaraq atası cinayəti öz üzərinə götürmək istəyib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

***

Daşkəsən rayonunda qardaşın bacısını qətlə yetirməsi ilə bağlı rəsmi açıqlama verilib.

Rayon prokurorlıuğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 809 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2020  18:16 

Rəhim Qazıyev saxlanıldı

13.07.2020  09:43 

Bakıda sex yandı, yaralanan var

12.07.2020  19:11 

“Sabah”da yeni təyinatlar


BÜTÜN XƏBƏRLƏR +