Reanimasiyada olanların sayı açıqlandı
190 manatı gözləyənlərə şad xəbər - Video
İmtahanların nəticələri açıqlandı
Sabah 37 dərəcə isti olacaq
Ana qızını xilas edərkən özü öldü
Atəşkəs yenə pozuldu
Daha 534 nəfər koronavirusa yoluxdu
5 mindən çox obyektdə pozuntu aşkarlandı
Azərbaycan XİN ABŞ-ı təbrik etdi
Türkiyədə lunaparklar açılır


01.06.2020  13:27 

Azərbaycanda koronavirusla bağlı WhatsApp botu istifadəyə verildi





A+  A-

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün WhatsApp botunu istifadəyə verib.
XəzərNews.az-ın məlumatına görə, “TABIB bot” eyni anda 1 milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə bilər. Əlavə olaraq, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.

Bu günə qədər bot on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2200 abunəçisi var.

“TABIB bot” ilə dialoqa başlamaq üçün “Salam” yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.

COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq, botdan məlumat əldə etmək çox asandır.

Qeyd olunmalıdır ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir.

Bot dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.

Xəbər 514 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.07.2020  21:44 

Koronanı necə yenmək olar?

05.07.2020  16:48 

“Qalatasaray”da ayrılıq

05.07.2020  15:11 

Sabah 37 dərəcə isti olacaq

05.07.2020  10:28 

Atəşkəs yenə pozuldu

04.07.2020  15:48 

Türkiyədə lunaparklar açılır

04.07.2020  15:09 

Sabah 38 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +