Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


22.03.2020  19:23 

UABD bəyanat yaydı: “Qəti şəkildə rədd edirik”





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) son günlər sosial şəbəkələrdə təşkilatın ünvanına yaılan ittihamlarla bağlı bəyanat yayıb...
XəzərNews.az xəbər verir ki, Diaspor təşkilatının sosial şəbəkədə yayılan məlumatında bildirilir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin bəyanatı onlarda narahatlıq yaradıb. Təşkliat həmçinin Ukraynadan geri çağırılmış Azərbaycan səfirinin şəxsinə qarşı qeyri-etik hərəkətlərin həyata keçirildiyi bayram tədbirinin UABD tərəfindən təşkil olunması iddialarını qəti şəkildə rədd edib.

UABD-nin bəyanatını oxucuların diqqətinə çatdırırıq:

“Son günlərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna (UABD) qarşı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin özündə qərəzli fikirləri əks etdirən bəyanatı bizi çox narahat edir. Belə ki, idarə heyətinin üzvləri olduğumuz təşkilatın rəsmi olaraq heç bir aidiyyatı olmadığı hadisəylə bağlı bəzi şəxslərin əsassız iddialarının qeyd olunduğu bəyanatda Ukraynadan geri çağırılmış Azərbaycan səfirinin şəxsinə qarşı qeyri-etik hərəkətlərin həyata keçirildiyi bayram tədbirinin UABD tərəfindən təşkil olunması fikrini qəti surətdə rədd edirik. Bəyan edirik ki, bu tip dezinformasiya xarakterli bəyanatlar Ukraynadakı diaspor təşkilatlarının birliyinə zərbə vurmaq məqsədini güdür. Fikrimizcə, Ukraynada son illərdə diasporun Ukrayna Azərbaycanlıları Radasında (UAR) birləşərək birgə fəaliyyəti hansısa üzdəniraq qüvvələri narahat etdiyindən bu cür xəbərlərin yayılmasında onların rolunun olması göz qarşısındadır. Çünki son bir ildə bir çox uğurlu layihələrə imza atmış UAR-ın parçalanması üçün dəfələrlə süni şəkildə yaradılmış səhnələrin şahidi olmuşuq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azər Xudiyevin tutduğu səfir vəzifəsindən vaxtından tez geri çağırılması ilə əlaqədar olaraq Kiyevdə və eləcə də Ukraynanın bir çox şəhərlərində diaspor nümayəndələri tərəfindən təşkil olunan bayram şənlikləri haqqında məlumatları araşdırdıqdan sonra məlum oldu ki, bu tədbirlər hansısa ictimai təşkilat tərəfindən deyil, Azər Xudiyevin öz vəzifəsindən sui-istifadə edərək zərər verdiyi diaspor nümayəndələrinin keçirdiyi mərasimlər olmuşdur. Nəzərinizə çatdırırıq ki, ictimai təşkilatların nizamnaməsinə uyğun olaraq təşkilatlar öz üzvlərinin hərəkətlərinə görə heç bir məsuliyyət daşımayır.

Ukraynada Azərbaycan diasporunun milli maraqlarının təmin olunması üçün birgə təsis etdiyimiz Ukrayna Azərbaycanlıları Radasının fəaliyyətinin zəifləməsi ilə nəticələnə biləcək təşkilatınız tərəfindən həyata keçirmək istədiyiniz istənilən hərəkət və ya hərəkətsizliyinizə münasibətimiz birmənalı şəkildə çox pisdir. Belə ki, diasporumuzun birliyi və azərbaycançılıq ideyasına qarşı atılan addımlar heç bir halda tərəfimizdən qəbul edilə bilməz.

Qəti şəkildə bəyan edirik ki, UABD üzvləri hər zaman soydaşlarımızın birliyi, bu birliyin inkişafı üçün dayanmadan fəaliyyət göstərmək əzmindədir və bu mənada, Ukrayna Azərbaycanlıları Radasının yüksək səviyyədə fəaliyyəti üçün hər zaman çalışacaqdır. Bu bizim soydaşlarımız qarşısında üzərimizə götürdüyümüz şərəfli vəzifə və dövlətimizə olan vətəndaşlıq borcumuzdur. UABD tərəfindən sizi də UAR nizamnaməsinə uygun olaraq hərəkət etməyə və qarşılıqlı formada üzərinizə düşən öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Hörmətlə, UABD-nin idarə heyəti”

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin müddətinin başa çatmasına əsasən geri çağrmasından sonra Ukraynada Respublikasında fəaliyyət göstərən Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadovun “rəhbərlik etdiyi Diasportun adına yaraşmayan” bilavasitə təşkilatçılığı ilə Kiyev şəhərində olan şəxsi kafesində yığıncaq təşkil edərək, sabiq səfir Azər Xudiyevin şərəf və ləyaqətini alçaldan,yaramaz və etikadan kənar hərəkətlərə yol verilməsi iddiası və yayılan videçarx heç də birmənalı qarşılanmayıb.

Xəbər 1696 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +