AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


28.02.2020  15:43 

Astara və Cəlilabad Xəstəxanalarının vəziyyəti necədir?





A+  A-

Bir neçə gündür ki, Astara və Cəlilabad Rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilmiş İrandan ölkəmizə gələn vətəndaşların narazı videoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
XəzərNews.az xəbər verir ki, koronavirus şübhəsi ilə sözügedən xəstəxanalarda karantin altında olan vətəndaşlar palatalarda antisanitar vəziyyətinin olduğunu, xəstələrə maska və spirt kimi ilkin tibbi ləvazimatların verilmədiyi qeyd olunub.

Astara Rayon Mərkəzi Xəstəxanasının işçisi də narazılıqlara cavab olaraq bildirib ki, xəstəxanada maska və spirt yoxdur:

“Bizə nə maska veriblər, nə spirt. Nə verək sizə? Bizim özümüzə vermirlər. Mən Astarada 15 ildir işləyirəm, belə bir şey görməmişəm”.

XəzərNews.az-ın məlumatına görə, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva yayılmış görüntülərlə bağlı “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, ölkə ərazisində bütün xəstəxanalar lazımi tibbi ləvazımatlarla təmin olunub:

“Bu məsələ araşdırılır. Bir daha qeyd etmək istəyirik ki, xəstəxanalarda hər hansı bir ləvazimat əskikliyi yoxdur”.

Bundan başqa, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də birgə yaydığı məlumatda İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görüldüyü, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və boksların (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdə olduğu qeyd olunub.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da REAL TV-yə müsahibəsində cənub rayonlarında xəstəxanaların hazırkı vəziyyətlə bağlı gücləndirilmiş iş rejimində fəaliyyətə başladığını bildirib:

“Mən şəxsən özüm son 3 gün cənub bölgəsində olmuşam. İşçi qrupumuzla xəstəxanaları bir-bir gəzmişik. İnfeksiyon şöbələrində personal üçün bir daha təlimlər keçirilib.Təftiş etdim ki, harada nə çatışmazlıq var. Kadr çatışmazlığı olan yerlərə Bakıdan tibbi personal göndərildi.

İranda təhsil alan yüzlərlə tələbəmiz var, ticarət əlaqələri genişdir. Gələnlərin sayının çox olacağını gözləyirdik, belə də oldu. Etiraf etmək lazımdır ki, İcbari Tibbi Sığortanın tətbiq olunmadığı rayonlarda, elə götürək cənub rayonlarında xəstəxanalara müraciət edənlərin sayı çox azdır. Bu səbəbdən həmin qurumlarda çalışan işçilər də az sayda xəstəyə öyrəşib və tənbəldir. Hazırda bu qədər axını görəndə personalımız da təşvişə düşməyə başladı.

Cəlilabad Mərkəzi Rayon xəstəxanası tam müasir standartlara cavab verən 200 palatalıq bir müəssisədir. Ancaq indiyə kimi orada cəmi 30-35 xəstə yatıb və elə ona uyğun olaraq da palatalardan istifadə olunub. İndi hazırkı vəziyyətə görə, yeni palatalar açılanda bəzi problemlər yaranır. Bəzilərinin yataq dəstləri depodan gətirilib, 3 ildir istifadə olunmayan otaqlarda isti-soyuq su problemi yaşanıb.
Odur ki, oradan müəyyən görüntülər paylaşılır, rəsmi bəyan etmək istəyirəm ki, dünəndən etibarən problemləri aradan qaldırmağa başlamışıq və böyük hissəsi bitib”.

Xəbər 1995 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +