Onlayn sınaq imtahanları pulsuz olacaq
Sabahın hava necə olacaq?
Olimpiya Oyunları nə zaman keçiriləcək?
DİM şagirdlərə müraciət etdi
Rüştü koronavirusa yoluxub
Mərkəzi Bank məzənnəni açıqladı
Sabahın hava proqnozu
Ərdoğan naziri vəzifəsindən azad edib
ASAN” xüsusi iş rejimində çalışacaq
BMT-nin 86 əməkdaşı koronavirusa yoluxdu


25.02.2020  16:43 

DTX-nin həbs etdiyi casus zabitə ən ağır cəza





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılaraq istintaqı aparılmış daha bir cinayət işi üzrə məhkəmə qərarı elan olunub.
XəzərNews.az xəbər verir ki, söhbət Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyində mühüm vəzifələrdə çalışmış İsmayılov Zakir Əlibala oğluna qarşı cinayət işindən gedir. O, dövlətə xəyanətdə ittiham olunur.

İstintaqla müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət etmişdir.

Zakir İsmayılovun məhkəmə istintaqı yekunlaşıb və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə o, ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, daha öncə dövlətə xəyanətdə ittiham olunan Zakir İsmayılov və onun həyat yoldaşı Nəzakət İsmayılovaya Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanov tərəfindən daha yüngül cəza verilmişdi. Belə ki, məhkəmənin hökmü ilə Z.İsmayılov 19 il, N.İsmayılova isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Baş Prokurorun müavini - Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev sözügedən cəzanın ağırlaşdırılması üçün protest vermişdi.

Xəbər 1087 dəfə oxunub.



29.03.2020  22:16 

Korona və virus - Qorxulu kabus

29.03.2020  14:48 

Sabahın hava necə olacaq?

29.03.2020  10:38 

DİM şagirdlərə müraciət etdi

29.03.2020  10:14 

Rüştü koronavirusa yoluxub

28.03.2020  16:12 

Sabahın hava proqnozu

28.03.2020  10:21 

Atəşkəs 21 dəfə pozuldu

27.03.2020  22:09 

Bulvar və parklara giriş BAĞLANDI


BÜTÜN XƏBƏRLƏR +