Aqrar Universitet müəllimlərə 300 min manatdan çox pul verəcək
Londonda məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir
Partiyaların maliyyə hesabatı şəffafdırmı?
Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Biz tələbələrin istəklərini nəzərə aldıq – Foto/Video
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi


25.02.2020  12:53 

DYP-nin baxış bucağı və onun “902”-si





A+  A-

Hər dəfə DYP-çilərin qeyri-obyektivliyindən söz düşəndə məsələləri bir qədər fərqli baxış bucağından dəyərləndirməyə, bəzən onlara qismən də olsa, bəraət qazandırmağa çalışırdım. Mənimlə nadir hallarda razılaşanlar da olurdu, sürücü olmamağım səbəbindən onları yaxşı tanımadığımı əsas gətirərək, əks arqumentlə inkar edənlər də.
Bir neçə gün öncə iştirakçısı olduğum hadisə düşüncələrimi büsbütün alt-üst etdi və yanıldığımın fərqinə vardım. Əmin oldum ki, bir dairənin içində əlahiddə olaraq fərqlənmək mümkünsüzdür.

Fevralın 19-da, təqribən, saat 08-30 radələrində metronun “20 Yanvar” stansiyasının çıxışında – “Azərsu” ASC-nin qarşısındakı taksi dayanacağına bitişik yolda mənim də “iştirakımla" yol-nəqliyyat hadisəsi baş verdi. Sağ tərəfdən minik şəraitinin olmaması səbəbindən (sol) arxa yan tərəfdən taksiyə (OPEL ASTRA, AZ 99 UC 971) minmək istərkən arxadan gələn və taksi fəaliyəti ilə məşğul olan digər nəqliyyat vasitəsi qapıya toxundu, nəticədə hər iki minik avtomobili müəyyən qədər zədələndi. İlkin olaraq, yaxınlıqda olan YPX əməkdaşları, təqribən, 40-45 dəqiqədən sonra isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) kapitan rütbəli baş Yol polisi inspektoru (Mehman Həmzəyev) və sığorta şirkətinin (Azsığorta) nümayəndəsi hadisə yerinə gəldilər. Sürücülərlə 3-4 dəqiqəlik kiçik sorğu-sualdan sonra oranı tərk etdilər. Amma nə yol-nəqliyyat hadisəsinin texniki sxemi tərtib olundu, nə də digər araşdırılma aparıldı. Əslində, burada ciddi araşdırmaya olduqca zəruri ehtiyac var idi – çünki tərəflər qarşıqlı olaraq bir-birini ittiham edirdilər.
BŞDYP də olarkən yalnız sürücülərdən birinin – dayanan taksi sürücüsünün izahatı alındı və ona cərimə protokolu tərtib olundu, digərinin isə izahatına “ehtiyac” duyulmadı. Mənə də cərimə protokolu yazıldı – həm də bütün bu baş verənlərin günahkarı qismində. Lakin nədənsə izahatımın alınması “unuduldu”. Düşünürəm ki, Yol polisi inspektoru M.Həmzəyevlə protokolun bu sayaq tərtibinə razılaşmamağım, bu işdə özümü birbaşa təqsirkar bilməməyim, yəni “araşdırmanın” qeyri-obyektiv aparıldığını onun diqqətinə çatdırmağım fikirlərimin kağız üzərinə düşməməsinə birbaşa vəsilə oldu. Əks halda, əgər mənə protokol tərtib olunurdusa, o zaman mütləq olaraq deyəcəklərim kağız üzərində də öz əksini tapmalı idi.

Diqqət edin, taksiyə sağ tərəfdən yan alıram, minmək olmur, “o biri tərəfdən gəlməyim” məsləhət bilinir və elə də edirəm. Yaxınlıqda hərəkətdə olan nəqliyyat vasitəsinin olmadığını yəqinləşdirib, sol tərəfə keçirəm və arxa qapını açıb sürücüdən hansı istiqamətə getdiyini bir daha dəqiqləşdirirəm. Avtomobilə oturub qapını bağlamaq istərkən hadisə baş verir. İndi burada mənim, yaxud tərəflərin günah payı nə qədərdir, dəqiq deyə bilmərəm. Sadəcə, azacıq ehtiyatsızlıq etsəydim çox böyük ehtimal ki, aralıqda qalıb ciddi bədən xəsarətləri də ala bilərdim.
İndi bunun əksini təsəvvür edək: hadisə zamanı (yumşaq formada desək) ciddi bədən xəsarətləri alası olsaydım, görəsən, o zaman yenə də mənmi təqsirkar bilinəcəkdim? Təbii ki, bunun əksi baş verəcəkdi və ilkin olaraq, arxa tərəfdən gələn sürücüdən nədən diqqətli olmadığı sorğu-sual ediləcək, formal da olsa, alkoqol və narkotika istifadəçisi olub-olmadığı yoxlanılacaq, həmçinin avtomobilin sürət həddi ölçüləcək, hadisədən yayına bilmə imkanları nəzərdən keçiriləcək və paralel olaraq həm də ona cinayət işi açılacaqdı və s. Bunu bütün yol-nəqliyyat hadisələrində baş verən xronoloji ardıcıllıq belə deməyə əsas verir. Bunları sadalamaqla tərəflərdən hansı birinin daha çox məsuliyyət daşıdığını isbat etmək fikrindən uzağam, məqsədim sadəcə, diqqəti qanunlada olan boşluqlara və bundan bir çox hallarda məqsədli şəkildə istifadəyə yönəltməkdir. Bir anlığa təsəvvür edin, mən hadisə yerindən uzaqlaşsaydım (və bunu rahatlıqla edə də bilərdim) o zaman bir nömrəli müqəssir kim hesab olunacaqdı?

Neçə gündür ki, öz-özümə sual edirəm: həqiqətən, baş verən bu yol-nəqliyyat hadisəsinin əsas günahkarı mənəmmi? İlk öncə deyim ki, bu zamana kimi nə hər hansı bir nəqliyyat vasitəm olub, nə də sürücülük vəsiqəm, yəni Yol Hərəkəti Qaydaları Haqqında (YHQ) olan qanunu nəinki mükəmməl, heç orta səviyyədə də bilmirəm. Lazım olan məqamlarda hansısa bəndlə tanış oluram, vəssalam. Hadisədən sonra həmin qanunu bir də nəzərdən keçirəsi oldum. Mənə alibi verən 41-ci maddənin (Sərnişinin vəzifələri) 1-ci bəndini diqqətə çatdırmaq istəyirəm. Orada açıq-aydın yazılıb: sərnişin nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın).

Baxın, minmək istədiyim avtomobil xüsusi minik (taksi) meydançasının yanında dayanmışdı, yolun çiyni tərəfdən minik mümkün olmadığı səbəbindən əks tərəfdə hərəkətə təhlükə yaratmayacağıma və digərlərinə mane ola bilməyəcəyimə əmin olduqdan sonra avtomobilə daxil olmaq istəmişəm. İndi Yol polisi kapitanı cənab M.Həmzəyevdən soruşmaq istəyirəm: siz, baş verən bu hadisədə həqiqətən də məni günahkar hesab edirsinizsə, elə YHQ haqqında qanunun bu bəndinə görə, düşünürəm ki, yanılırsınız.

Hadisədən bir gün sonra – fevralın 20-də DYP-nin Qaynar Xəttinə - “902” xidmətinə gün ərzində bir neçə dəfə telefon açıb, özümə qaranlıq qalan suallara cavab almaq istədim. Hər dəfəsində də eyni sözü eşitdim: “bütün istiqamətlərdə xətlər məşğuldur...”. Bu “məşğuliyyətdən” çox mütəəssir oldum və ürəyimdə “902”-yə yağlı bir “iki” yazdım. Sonra da öz-özümə “sürücülərin halı olduqca fəna” deyibən də sonluğun necə sonuclanacağını izləmək üçün bir qədər “taym-aut” götürdüm.

Artıq əmin oldum ki, bu sistemin aşağıdan-yuxarıya iş rejimi belədir və mən burada nə Yol polisi kapitanı M.Həmzəyevi, nə də onun mənsub olduğu zümrəni günahlandırmıram. Çünki günah payının ağırlıq dərəcəsi bu Sistemin cövhərindədir.
Yol polisi kapitanı M.Həmzəyev və digərləri üçün YHQ haqqqında nəzərdə tutulan qanundan kiçik bir xatırlatma burda yerinə düşər. 84-cü maddəyə əsasən, Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən səlahiyyət sahibləri: 1) bu Qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək;.. 5) yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək... vəzifəsinin birbaşa mükəlləfçiləridir.
İndi görək, sığorta “oyunu” necə bitəcək. Bax, bu mənim üçün olduqca maraqlıdır...

Vasif Hüseynov


Xəbər 11377 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.03.2024  15:13 

Fərid Bakarova hökm oxunub

19.03.2024  12:42 

Sabahın hava proqnozu açıqlanıb

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib


BÜTÜN XƏBƏRLƏR +