Şamaxıda zəlzələ oldu
Kələm turşusunun faydaları
Türkiyə Əsəd ordusuna zərbə endirdi
Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək
Türkiyə şəhid verdi
Kürdə suyun səviyyəsi azalıb
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək
Boğazında dərman qalan uşaq öldü
Dünən 26 nəfər saxlanılıb
Əfqanıstan müharibəsi bu tarixdə bitə bilər


24.01.2020  12:32 

Müəllimlərdən 200 manat pul yığması direktoru işindən etdi





A+  A-

53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb.
XzəərNews.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən məktəbdən məlumat verilib. Məktəbdən verilən məlumata görə, məktəbin direktoru Firəngiz Həmidova müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb:

"Firəngiz xanım vəzifəsindən kənarlaşdırılıb. Yerinə də başqa adam təyin olunub. Hazırda araşdırma aparılır”.

Məsələ ilə əlaqədar Qaynarinfo Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Bəşarət Məmmədov saytımıza açıqlamasında 53 nömrəli məktəbin direktoru Firəngiz Həmidovanın hazırda vəzifəsini icra etdiyini bildirib:
"Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə aparılan araşdırma zamanı məktəbin ötən tədris ili məzunu (IX sinif), ABŞ-da təhsil aldığı bildirilən N.Bayramlının adının məktəbin sinif jurnalında qeyd olunması (X sinif şagird kontingentinə daxil edildiyi üçün) və qiymətləndirmə aparılması faktı aşkar edilib. Ölkə hüdudlarından kənarda olan N.Bayramlının adının müvafiq qaydalara zidd olaraq məktəbin sinif jurnalında qeyd olunmasının və qiymətləndirilməsinin yolverilməz olduğu nəzərə alınaraq, fakt müvafiq qaydada rəsmiləşdirilib. Faktın bütün təfərrüatlarına dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma davam edir. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”.

Qeyd edək ki, oxu.az-ın məlumatına görə, Bakı şəhəri 53 nömrəli orta məktəbdə saxtakarlıq faktı aşkarlanıb. Məktəbdə ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir. İddiaya görə, buna baxmayaraq, onun adı 53 nömrəli məktəbin X sinif şagirdi kimi saxlanılıb. Şagirdin adı I yarım ildə sinif jurnalında yazılaraq davamiyyəti qeyd edilib. Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, hətta cinayət tərkibli olduğunu bilsə də, şagirdin "kağız üzərində təhsil almasına” şərait yaradıb.

F.Həmidova bu işdən "qurtulmaq” adı altında bütün müəllimlərdən adam başına 150-200 manat yığıb. Bir sözü iki olmayan direktorun bu yığım reydi halal əməkhaqqı ilə dolanan müəllimləri özündən çıxarıb və hadisə ictimailəşib.

Xəbər 686 dəfə oxunub.




23.02.2020  13:11 

Şamaxıda zəlzələ oldu

23.02.2020  12:16 

Kələm turşusunun faydaları

23.02.2020  09:53 

Türkiyə şəhid verdi

22.02.2020  19:06 

Kürdə suyun səviyyəsi azalıb

22.02.2020  12:27 

Dünən 26 nəfər saxlanılıb

22.02.2020  10:46 

Bakıda “Mercedes” alışdı

22.02.2020  10:12 

Şamaxıda zəlzələ oldu

21.02.2020  17:18 

“Valiko Həsrət” həbs edildi

21.02.2020  13:41 

Astarada narkotacirlər saxlanıldı

21.02.2020  12:57 

AFFA bəyanat yaydı


BÜTÜN XƏBƏRLƏR +