Səlimov YAP-dan da çıxarıldı
DİN Eldəniz Səlimovla bağlı mövqeyini açıqladı
Bir sutkada koronavirusdan 3 nəfər ölüb
Peyvənd olunanların sayı açıqlandı
Füzulidə 4 erməni hərbçinin meyiti tapıldı
Türkiyənin daha iki bölgəsində yanğın başladı
Sabaha olan hava proqnozu açıqlandı
Yol polisi sürücülərə müraciət etdi
Avropa İttifaqı Türkiyəyə təyyarə göndərir
Türkiyədə yanğınla bağlı son vəziyyət


14.01.2020  18:11 

Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi





A+  A-

Vergilər Nazirliyi mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi, aksiz vergisi, əlavə dəyər vergisinin bəyannnamə formaları və onların hazırlanması qaydalarını təsdiq edib. Sənədə əsasən, qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi, dövlət rüsumunun tutulması haqqında hesabatın, ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin forması və onların doldurulması, eləcə də daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin tərtib edilməsi, yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamənin tərtib edilməsi qaydaları təsdiqlənib.
XəzərNews.az xəbər verir ki, həmin sənədlərə əlavələr qəbul olunub. Bununla 2005-2019-cu illərdə təsdiq edilən eyniadlı sənədlər ləğv edilib.

Yeniliklərlə bağlı Avtomatlaşdırılımış Vergi İnformasiya Sistemində, Bəyannamə Tərtibatı Proqramında və “Axtarış və Hesabat” informasiya sistemində müvafiq dəyişikliklərin aparılması tapşırılıb. Yeni qaydalar 1 yanvar 2020-ci ildən qüvvəyə minib.

Yeni qaydalar və bəyannamə formaları ilə buradan tanış ola bilərsiz.

Xəbər 1019 dəfə oxunub.



02.08.2021  18:27 

Rudakov koronavirusdan vəfat etdi

02.08.2021  18:16 

Səlimov YAP-dan da çıxarıldı

02.08.2021  09:24 

Şirniyyat sexində faciəvi ölüm


BÜTÜN XƏBƏRLƏR +