“ASAN” da işləməyəcək
Sabah külək güclənəcək
Buraxılış imtahanlarının vaxtı da dəyişdirildi
Həftəsonu metro və avtobuslar işləməyəcək
Trampın qızı etirazlara dəstək oldu
Azərbaycanda 5 yeni lisey yaradıldı
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda işin başlama vaxtı dəyişə bilər
Həftəsonu imtahanlar olacaq? - Açıqlama
Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı


25.11.2019  12:23 

Gürcüstan müxalifəti yeni aksiyalara başlayır





A+  A-

Gürcüstanın birləşmiş müxalifəti parlamentin qarşısında yeni etiraz mitinqi və piket keçirəcəyini elan edib.
XəzərNews.az-ın “Sputnik Gürcüstan” saytına istinadən verdiyi xəbərə görə, müxalifət nümayəndələri, vətəndaş fəalları və əhali saat 19: 00-da Respublika Meydanına toplaşacaq. Daha sonra onlar Rustavelli prospektindən parlament binasına doğru hərəkət edəcəklər.

Məlumata görə, müxalifət partiyalarının liderləri bir gün əvvəl İşçi Partiyasının ofisində keçirilən müşavirədə tədbirlər planının təfərrüatlarını nəzərdən keçiriblər.

“Düşünürəm ki, İvanişvili güzəştə gedənə qədər bu proses davam edəcək”, - deyə Milli Hərəkatın liderlərindən biri Nik Meliya bildirib.

Müxalifət liderləri hakimiyyətin vəziyyətin ləğvi üçün konkret addımlar atana qədər dinc etiraz aksiyasının davam edəcəyini israr edirlər.

“Avropa Gürcüstanı” liderlərindən biri David Bakradze bildirib ki, tərəflər etirazçıların bir hissəsinin gecə boyu parlamentdə qalmasına dair razılığa gəliblər. Aksiya çərşənbə axşamı səhər davam edəcək.

“Bu, tamamilə dinc və zorakı olmayan bir hərəkət olacaq. Bundan əlavə, müxtəlif istiqamətlərdə, məkanlarda kiçik aksiyalar keçiriləcək. Bu, ölkədəki iğtişaşların hakimiyyətin yalanları səbəbindən başladığını və dünyanın böhrandan çıxacağını və xalqın tələblərinə məhəl qoymayacağının bir ifadəsi olacaq”, -deyə Bakradze vurğulayıb.

O, bu dəfə də ölkə hakimiyyətinin mitinqi dağıtmaq cəhdini istisna etməyərək etirazçıların polisə heç bir müqavimət göstərməyəcəklərini qeyd edib.

Xatırladaq ki, proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsi parlamentdə qəbul edilmədiyindən Gürcüstanda noyabrın 14-dən kütləvi etiraz aksiyaları keçirilir.

Xəbər 540 dəfə oxunub.




04.06.2020  16:19 

“ASAN” da işləməyəcək

04.06.2020  15:08 

Sabah külək güclənəcək

04.06.2020  14:03 

Baş Nazir qadağaları elan etdi

04.06.2020  09:06 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +