Fəzail Ağamalının keçmiş mətbuat katibi Samir Feyruz Ana Vətən Partiyasının sədri haqqında ifşaedici məqamlar açıqlayıb.
XəzərNews.az sabiq mətbuat katibinin fikrlərini olduğu kimi təqdim edir:
"Dünənə qədər Fəzail Ağamalını "siyasi riyakarlıq" simvolu kimi manşetə çıxaranlar, söyənlər bu gün onun ətəyində namaz qılmaq üçün dombalaq aşırlar. Kimə acıq verirsiz? Fəzail Ağamalı "doğru" danışdığına görə onu dəstəkləyirsiz, yoxsa öz aləminizdə hansısa məmuru "vurmaq" üçün fürsət tapmısınız!?"
Sayt rəhbəri olan bir sıra trollar, "ekspert"lər! Həqiqətənmi F.Ağamalının "Sonadək ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bərabərəm" sözlərinə inanıb onun aparılan islahatları dəstəklədiyini düşünürsünüz? Bütün prezidentlərin dövründə partiya sədri, deputat, nəhəng biznesmen statusunu qoruyub saxlamağı bacaran F.Ağamalının hansı kəramətə sahib olduğunu heç düşündünüzmü?
Heç şübhəsiz, aparılan islahatlar hər birimizin ürəyincədir və cənab İlham Əliyevin atdığı hər bir addımın daim dəstəkçisi olmuşam, bundan sonra da belə olacaq. Amma bir var, jurnalist, vətəndaş kimi cənab Prezidentin islahatlarının aktiv təbliğatçısı, dəstəkçisi olasan, bir də var ki, 30 illik deputat kreslonu qorumaq üçün siyasi manipulyasiya edəsən. Allah Elçibəyə rəhmət eləsin, bu baxış bucağından F.Ağamalının qiymətini dəqiq vermişdi. Dövlət başçısı nə zaman nə edəcəyini daha gözəl bilir və Onun kimsənin məsləhətinə ehtiyacı yoxdur. Yox əgər fəzailkimilər bulanıq suda balıq tutmaq istəyirsə, bu başqa. Hər halda bütün prezidentlərin dövründə siyasi "bazar"lıqdan uduşla çıxan F.Ağamalının fərasətinə bələdik. Amma... Bu dəfə 70 yaşlı, ölkənin bütün çınqıl zavodlarının, bir neçə şadlıq saraylarının, "Buta" uşaq bağçalarının, boru fabriklərinin, Ukraynaya meyvə-tərəvəz ixracı ilə məşğul olan şirkətlərin sahibi F.Ağamalı bu dəfə də utanmırmı? KİVDF mənə də ev verməyib, bu gün də kirayələrdə yaşayıram. Amma baxır, kim KİVDF-ni nə mqəsədlə təniqd edir... Məgər F.Ağamalının hədəfi həqiqətən də KİVDFdir? Xeyr! Bu gün hədəfə aldıqlarının vaxtilə qapısında dəstək axtarırdı...
2011-ci ildə "Səs" qəzetində işlədiyim vaxt F.Ağamalı Baş redaktorum Bəhruz Quliyevə zəng edərək ondan xahiş etdi ki, bəs mənə peşəkar, media ilə əlaqələrimi gücləndirə bilən jurnalist lazımdır, kömək eləsin. B.Quliyev mənə dedi və qəzetdə öz işimi saxlamaq şərtilə, F.Ağamalının media məsələləri məşğul olmağa başladım. Amma özü bunun adını qoydu mətbuat katibi... Qısa müddət sonra orda gördüklərimdən şoka düşüb geriyə döndüm. Katibliyi katibƏlik kimi şəxsi oyunlarına çevirən bu adamın başımıza açmadığı oyun qalmadı. Katibələrinə qoyduğu hörməti nə mətbuat katibinə qoydu, nə müavinlərinə, nə də başqa birinə... Zahid Orucun otağına karalyok yığıdırmağı da ayrı həngamə idi... Deməyim odur ki, mənim bu adama vəfa borcum yoxdur, liderim deyil, olmayıb, ağlım kəsəndən YAP-da olmuşam, İlham Əliyevi özümə lider bilmişəm. Xahiş edib, biz də kömək etmişik.
Amma indi özünü mətbuat katibi adlandıran qadınlardan birini qabağa verib mənə şər atır. Qadın səhərdən Facebookda mənə yazır. F.Ağamalı öyrədib, nə istəyir yazır...
Əslində F.Ağamalı mətbuatda islahat aparılmasını nə üçün istəyir? Çünki əvvəllər F.Ağamalının qoçuları xeyli sayda jurnalisti döymüşdü, kim ondan yazırdısa, qoçularını göndərirdi, döyürdülər. Məsələn, Elnur Astanbəylini... Ayda 150 manat pul verirdi Elnura ki, köşələrində onun adını çəkməsin. Nə təhər oldusa, pul 2 gün gecikdi və Elnur köşədə "Fəzail Ağamalı" əvəzinə "Fəzail AĞLAMALI" yazdı... Paho, bax bundan sonra "kino" başladı. Bunun döydürdüyü jurnalistlərə görə xarici təşkilatlar ölkəmizi hədəfə alırdılar, Prezident haqqında iftira xarakterli materiallar dərc edirdilər, bəyanatlar verirdilər. Budur İlham Əliyevi və Mehriban xanım Əliyevanı dəstəkləmək? Həbs edilən jurnalistlərə görə qurban kəsən adam indi bütün bunları edə bilmir axı... İndi jurnalisti döydürə bilmir, çünki dərisini boğazından çıxararlar, indi pul verib susdura bilmir, ifşa edərlər. Ümidi ona qalıb ki, "ekspert"lərin hoyuna düşərək "islahat" tələb etsin. Adamın xronikasına baxın da, müxtəlif seçki illərində siyasi "gediş"lərini təhlil edin, anlayacaqsız.
Axı adama sual verərlər, balam, sən özün də partiya sədri deyilsən? Niyə ortada qalmısan? Bizim mövqeyimiz var e, sən kimsən bəs? Partiya sədri, müxalifət, nə?
Nəhayət qadın dalında gizlənmə! KatibƏliyinin əməkdaşları səhərdən mənə yazırlar, başa sal onları...
P.S. Hər halda, qabaqdan seçki də gəlir, əmlaklarının, biznes şəbəkələrinin ünvanını, yerini bilmək hər kəsə maraqlıdır. Fəzail Ağamalı, gözdə qulaqda ol!
P.S.S. Hər halda 2011-ci ilin xatirələrini də yavaş-yavaş yazacam ki, ömrünü, illərini, bütün fəaliyyətini dövlətə, Prezidentin siyasətinin təbliğinə həsr etmiş jurnalisti hədələməyin nə olduğunu və öz keçmişini xatırlayasan! Özü də adamı qadınla şantaj edirsən, ƏHSƏN! Qadın klaviaturasının arxasında gizlənməklə Elçibəyin əlindəki yaylığı... Anlamaq çətin deyil? Sənin fərasətin ucbatından nə qədər adam quyunun dibindədir, bir Allah bilir, bir mən, bir də sən...
Samir Feyruz
Xəbər 1769 dəfə oxunub.