5G-yə keçən ilk ÖLKƏ
Sabahın hava proqnozu
Ordumuzun təlimləri başa çatdı
Honkonq polisi 120 etirazçını saxladı
Neftin qiyməti bahalaşır
Qazaxıstan bütün hava limanlarını açır
Ağdaşda narkotik əməliyyatı
Ruslan İzzətlini hərbi xidmətə apardılar
Ermənilər atəşkəsi pozdu
İranda 5,2 bal gücündə zəlzələ olub


15.10.2019  12:57 

“28 şagird 100 bal toplayıb”





A+  A-

"Son illər məktəblərin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri əsas götürülür. DİM tərəfindən təşkil olunan buraxılış imtahanlarında şagirdlərin Tədris dili üzrə orta bal göstəricisi 52,62 bal, Riyaziyyat fənni üzrə 42,76 bal və Xarici dil üzrə isə 38,38 bal olub.
XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda konfransında deyib.

O bildirib ki, son 3 ilin orta bal göstəriciləri demək olar ki, çox yaxın rəqəmlərdir:

"Orta bal göstəricisindən yüksək bal toplayanlar Tədris dili üzrə 13 810 nəfər, Riyaziyyat üzrə 13 005 nəfər, Xarici dil üzrə 11 414 nəfərdir. 26 məktəbin son 3 ildə hər iki fənn üzrə orta bal göstəriciləri davamlı olaraq artıb. 3 527 nəfər şagirdin Tədris dili üzrə göstəricisi 80 baldan yuxarıdır. Riyaziyyat fənni üzrə bu göstəricilərə malik şagirdlərin sayı 2 184 nəfər, Xarici dil üzrə isə 1 801 nəfərdir. 221 məktəbi təmsil edən 840 şagird hər 3 fəndən 80 baldan yuxarı toplayıb".

R. Tağıyevin sözlərinə görə, 2018-2019-cu dərs ilində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərini XI siniflər üzrə - 19 842 nəfər, XII siniflər üzrə isə 655 nəfər bitirib:

"Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olub. Nəticələr sevindiricidir. XI sinif buraxılış imtahanların nəticələrinə əsasən ötən dərs ili ilə müqayisədə 2018-2019-cu tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayında azalma müşahidə olunub.

XI siniflərdə tədris dili üzrə 28 nəfər şagird 100 bal toplayıb. Riyaziyyat fənni üzrə mütləq nəticəni 47 nəfər, Xarici dil üzrə isə 276 nəfər əldə edib. Tədris dili üzrə 80 baldan yuxarı toplayan şagirdlərin sayı 2 298 nəfərdir. Eyni göstəricilər riyaziyyat fənni üzrə 1 175 nəfərdə, xarici dildə isə 3 250 nəfərdir. 577 nəfər hər üç fənn üzrə 80 baldan yuxarı toplayıb".

Xəbər 757 dəfə oxunub.



25.05.2020  17:19 

5G-yə keçən ilk ÖLKƏ

25.05.2020  16:43 

Sabahın hava proqnozu

25.05.2020  15:28 

Ordumuzun təlimləri başa çatdı

25.05.2020  12:36 

İspaniya La Liqası başlayır

25.05.2020  12:10 

Neftin qiyməti bahalaşır

25.05.2020  10:52 

Ağdaşda narkotik əməliyyatı

25.05.2020  09:41 

Ermənilər atəşkəsi pozdu


BÜTÜN XƏBƏRLƏR +