Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


25.07.2019  12:57 

Müəllimlərin imtahanında 29 səhv sual aşkarlanıb – RƏSMİ





A+  A-

“Müəllimlərin işə qəbulu imtahanın suallarının yoxlanılması zamanı ekspertlər ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur müəyyən ediblər”.
XəzərNews.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu suallar ümumi sualların 0, 54 faizini təşkil edib.

"Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur.

“İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq. Və namizədin balının hesablanmasında nəzərə alınacaq. Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsur izah olunacaq".

M.Camalzadə bildirib ki, yekun nəticələr sabahdan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.

"İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apellyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-da qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-a qədər şəxsi səhifəyə göndəriləcək".

M.Camalzadə qeyd edib ki, müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək.

"Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir".

Xəbər 1843 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +