AZAL ABŞ-a uçuşları dayandırdı - SƏBƏB
Magistraturaya sınaq imtahanı keçiriləcək
Koronavirus daha bir ölkəyə ayaq açdı
Siqareti atmaq istəyənlər üçün təbii vasitələr
Almaniyada koronavirusa yoluxanların sayı artdı
Xırdalan dairəsi necə olacaq?
Prezident koronavirusla bağlı tapşırıq verdi
Sabah Bakıda 12 dərəcə isti olacaq
Tələbələrin köçürülməsinə başlanılır
Çinlilərin Rusiyaya girişi qadağan edildi


23.07.2019  18:12 

Bərdədə 2 uşağı xəstəxanaya atan baba ilə nənəsi imiş...





A+  A-

Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılan azyaşlılara atası sahib çıxıb.
XəzərNews.az xəbər verir ki, xəstəxananın baş həkimi Rafael Mustafayev virtualaz.org-a bildirib ki, ata xəstəxanaya gələrək uşaqlarını aparmaq istədiyini deyib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov isə hadisə ilə bağlı danışıb.

Onun sözlərinə görə, dünən axşam təxminən saat 9-da iki nəfər yanlarında iki uşaqla xəstəxanaya gəlib. “Onlar növbətçi həkimə uşaqları küçədən tapdıqlarını, buna görə də, xəstəxanaya yerləşdirmək istədiklərini deyiblər. Növbətçi həkim məruzə etmək üçün gözləmələrini xahiş edib. Geri qayıdanda isə görüb ki, onlar uşaqları dəhlizdə qoyaraq gediblər. Uşaqlardan birinin 8 yaşı var, digəri 6 aylıqdır”, - Abubəkirov əlavə edib.

Dərhal Bərdə Rayon İcra Hakimiyyətinə, hüquq-mühafrizə orqanlarına məlumat verilib, uşaqlar üçün palata ayrılıb.

Araşdırma zamanı bəlli olub ki, uşaqları xəstəxanaya gətirənlər yad deyil, onların ana tərəfdən doğma nənəsi və babasıdır. Uşaqların da məhz ailə münaqişəsi zəminində atıldığı güman edilir.

Xəstəxanaya gələn ata deyib ki, uşaqlarına qarşı tərəf sahib çıxmırsa, özü baxa bilər. Uşaqlar müayinə ediliblər, vəziyyətləri yaxşıdır. Araşdırmadan sonra qərar veriləcək.

Xəbər 632 dəfə oxunub.



29.01.2020  10:27 

Dünənki 4 qəzada 4 nəfər ölüb

28.01.2020  18:11 

Sayğac oğruları saxlanıldı

28.01.2020  16:12 

Xırdalan dairəsi necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +