20 minlik təkər oğurladılar
Dünən qəzalarda 3 nəfər ölüb
10 Azərbaycan şəhərinə erməni mer seçiləcək
BMT-nin Baş katibi müraciət yaydı
Sabah da hava isti olacaq
Boş qalan yerlərə qeydiyyat bitir
İmişlidə 2 “Mercedes” toqquşdu
Yardımlı dağlarında YANĞIN başladı
Əbülfəz Elçibəyin vəfatından 19 il ötür
Atəşkəsdən nə xəbər?


15.07.2019  16:11 

Azərbaycanda meyvə-tərəvəzlər üçün TƏHLÜKƏ





A+  A-

2019-cu ilin təsərrüfat mövsümü qlobal iqlim dəyişikliklərilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə bağlarında ağacların mayalanmasına mənfi təsir göstərərək potensial məhsuldarlığı aşağı salmışdı, iyunun sonu iyulun əvvələrindən başlayaraq isə açıq sahə tərəvəzçiliyində istehsal tsiklinin ləngiməsinə yol açdı.
Adətən, iyunun sonu istixana təsərrüfatları istehsal dövrünü başa çatdırır, iyulun əvvələrindən əhali açıq sahədən gələn ucuz məhsullarla qış tədarükünə başlayırdılar.

Lakin göründüyü kimi iyulun birinci yarısını başa vursaq da məhsulların yetişməsi üçün tələb olunan orta temperatur əmsalının formalaşmaması nəticəsində məhsullar sahədə yetişmir. Arxada qoyduğumuz son iki gündə - istirahət günlərində əsl payız havası yaşadıq, Abşeron yarımadasında havalar küləkli, sərin keçsə də, regionlarda güclü yağışlarla müşayət olundu.

XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) eksperti Nicat Nəsirli bildirib ki, elə bu dəqiqələrdə əsas pomidor istehsalçısı olan Xaçmaza güclü yağış yağır:

““Adətən, iyulda yayın cırhacırını yaşayırdıq, bu gün isə əynimizi qalın edib oturmuşuq, yağışın kəsməyini gözləyirik.Pomidorlar isə sahədə ağarıb qalıb. Havalar məhsulun yetişməsinə imkan vermir”. Bir neçə dəqiqə əvvəl zəng vurduğum Tərəvəzçilik Elmi Tətqiqat İnstitunun Xaçmazda yerləşən bölgə təcrübə stansiyasının rəhbəri Aləmşah müəllim mənə belə dedi.

İnstitutun Lənkəran rayonunda yerləşən elmi təcrübə stansiyasının rəhbəri Həzər müəllim isə dedi ki, bir neçə gündür yağan yağış axşam dayanıb:

“Yağışlar nəticəsində məhsulun xarici görünüşündə çatlar əmələ gəlir, dəymiş pomidor əmtəə görünüşünü itirir. Bu fəsildə nəmlik dərəcəsini artması göbələk xəstəliklərinin artmasına da səbəb olur””.

N.Nəsirli qeyd edib ki, havaların gah isinib, gah soyuması bitkilərlə yanaşı insanlar üzərində də stress amilini gücəndirir:

“Son günlər hamı bir - birindən havaların niyə soyumasını soruşur, həyat ritmi pozulub, insanlar adaptasiya ola bilmirlər. Avropadakı bir sıra sosial-iqtisadi araşdırma mərkəzləri bu amili vurğulayaraq iqlim dəyişmələrinin təsərrüfat əhəmiyyətini mənfi qiymətləndirirlər. Avropa Meyvə-Tərəvəz İstehsalçıları Assosasiyası olan “Ardo”nun məlumatına görə, artıq üç ildir ki, qitə qışda quraqlıq, yayda isə qeyri-sabit hava şəraitindən əziyyət çəkir.

Qitənin əsas tərəvəzçilik regionlarında atmosfer çöküntülərinin normadan aşağı düşməsi nəticəsində havada nəmlik defisiti yaranıb. Bunun əksinə, Avropanın bəzi hissələrində şiddətli yağışlar, dolu səbəbi ilə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığa ciddi ziyan dəyib, iyul ayı isə quraqlıqla başlayıb.

Təşkilat hesab edir ki, bu il qış fəsili təqvimə “tabe olmayıb”, xeyli uzun çəkib, yaz isə quraqlıqla başlayıb və bu bölgəələrdə təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib. Bitkilərdə abiotik amillərin təsiri ilə qeyri-adaptasiya əlamətləri müşayət olunur. Kəskin istilər nəticəsində ildən-ilə havada buxarlanmanın səviyyəsi artır, yeraltı su resursları tükəndiyi üçün istehsalın təbii dövriliyində fasilələr yaranır. Hesablamalara görə, 2050-ci ilə qədər qlobal iqlim dəyişiklikləri ildə 2 dərəcə istilik temperaturunun yüksəlməsi, paralel olaraq yağıntıların artması ilə müşayət olunacaq. Günəşli günlərin sayı isə (Azərbaycanda 325 gündür) il ərzində 65 faiz həddinə düşəcək”.

Xəbər 475 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.08.2019  18:49 

Məzənnə dəyişmədi

22.08.2019  17:43 

20 minlik təkər oğurladılar

22.08.2019  17:09 

Azarkeşlər istədi, istefaya getdi

22.08.2019  16:45 

Dünən qəzalarda 3 nəfər ölüb

22.08.2019  14:32 

Mitroqlu PSV-yə keçdi

22.08.2019  14:05 

Sabah da hava isti olacaq

22.08.2019  13:49 

Boş qalan yerlərə qeydiyyat bitir

22.08.2019  11:17 

Atəşkəsdən nə xəbər?

22.08.2019  11:05 

Goranboyda zəlzələ oldu

22.08.2019  10:32 

Yenə qaz olmayacaq

21.08.2019  20:37 

Məhərrəm Qurbanov vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +