İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


04.04.2019  13:46 

“Məhkəmələr vətəndaşı dövlətdən narazı salır” - Deputatlar Fərmanı dəyərləndirdilər





A+  A-

Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb.
Ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

XəzərNews.az xəbər verir ki, Modern.az saytı deputatlarla məhkəmə-hüquq sisteminin hazırkı vəziyyətini müzakirə edib.

Fazil Mustafanın sözlərinə görə, bu Fərman məhkəmə-hüquq sisteminə aid çox ciddi islahat layihəsidir.

“Ölkə prezidenti bu sahədə böyük zərurət olduğunu dəfələrlə özü də vurğulayıb. Və bu istiqamətdə işlərin görülməsinə də start verdi. Bu Fərman vətəndaşın xilası sənədi kimi anlaşılmalıdır. Çünki vətəndaşı ölkə prezidentindən, dövlətdən narazı salan əsas qurum məhkəmələrdir.
Məhkəmələrdə qəbul olunan qərarlar ölkənin imicinə kifayət qədər zərbə vurur və müəyyən problemlər yaradır. O baxımdan da məsələnin mahiyyəti hamını düşündürür. Burada əsas problemlərdən biri bu islahatın kiminlə həyata keçirilməsidir. Tövsiyə olunan qurumların əksəriyyəti bilavasitə bu vəziyyətin yaranmasında məsuliyyət daşıyan orqanlardır. Onlar təkmilləşmə istiqamətində hansı rasional layihələr hazırlayıb təqdim edə bilərlər?!
Açığı, bu, bir qədər narahatedici məsələdir. Adı çəkilən qurumlardan daha çox təkliflər tələb olunur. Məncə, bu prosesdə unudulan Milli Məclisin potensialıdır. Bu, nəzərə alınmayıb. Sənəddə parlamentin potensialından istifadə məsələsi əks olunmayıb. Elə qurumlar bu prosesin içində təklif verəcəklər ki, onlar öz imtiyazlarını itirməməyə çalışacaqlar. Ona görə də açığı, cənab prezidentin gözəl niyyətinin, aydın istiqamətinin o qədər də effektli icra olunacağı düşüncəsində deyiləm. Çünki sənədin icrası üçün tapşırıq verilən qurumların bilavasitə bu işdə məsuliyyət daşıdığını nəzərə alsaq, deyə bilərik ki, onların verə biləcəyi təkliflər məhz öz imtiyazlarını qorumaq istiqamətində olacaq.
Diqqət etmisizsə, bir neçə dəfə ölkə prezidenti tərəfindən mühüm, inqilabi əhəmiyyətli qərarlar verilib. Alternativ cəzaların tətbiqi, müəyyən dərəcədə bəraət hökmünün verilməsi və sairə məsələlər dair... Bunların heç biri ciddi şəkildə icra olunmadı. Çünki müvafiq qurumlar konkret icrada bunu yerinə yetirməyə maraqlı deyillər. Bax, qərarın narahatedici hissəsi odur.
Bütövlükdə isə Fərman böyük rasional dəyişiklik niyyətindən xəbər verir. Hesab edirəm ki, orada çox ciddi müddəalar var. Əgər əməl olunsa, bu sevindirici hal olar”.

Tahir Kərimli deyib ki, arzuladığı və gözlədiyi məsələ reallaşmağa doğru gedir:

“Cənab prezidentin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı Fərmanını yüksək qiymətləndirirəm. Bu, mühüm qərardır. Arzu edib gözlədiyim məsələdir. Fərman əhatəlidir. Hiss olunur ki, buna çox ciddi hazırlaşılıb. Sənəd məhkəmə-hüquq sistemində həm struktur, həm funksional dəyişiklikləri ciddi nəzərdə tutur. Burada əhəmiyyətli məsələlər çoxdur. Öncə qeyd edim ki, hakimlərin sayının 200 nəfər artırılması təklif olunur. Fərmanda məhkəməyə qədər mediasiya prosesi, yəni məhkəmədənkənar mübahisələrin həlli də nəzərdə tutulur. Ən mühüm məsələlərdən biri alternativ ekspertiza orqanlarının. Məkhəmə qərarını icra edən orqanların yaradılması da nəzərdə tutulur. Məhkəmələrin müstəqilliyinin təmin olunması üçün çox ciddi məsələlər ortaya qoyulur. Ümumilikdə, bir çox vacib məqamlar Fərmanda öz əksini tapıb. Hesab edirəm ki, bu Fərman məhkəmə-hüquq sistemində köklü dəyişikliklə yadda qalacaq”.

Fəzail Ağamalı bildirib ki, artıq prezidentin iradəsi ortadadır:

“Ölkə prezidenti 2018-ci ilin aprel seçkilərindən sonra başlamış olduğu islahatları davam etdirir. Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edən və dərin xarakter daşıyan, ardıcıl və sistemli islahatlardır. Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac duyulurdu. Ölkə prezidenti bir müddət öncə anonsunu da vermişdi. Əgər iqtisadi, sosial, siyasi xarakter daşıyan islahatlar gedirsə, təbii ki, hüquqi islahatlar da aparılmalıdır. Mənə elə gəlir ki, təkcə məhkəmə-hüquq sahəsini deyil, digər sahələri də əhatə edəcək yeni fərmanlar veriləcək.
Bu islahatlar inqilabi xarakter daşıyır. Sənədlə tanış oldum. Bu Fərmanda məhkəmə sistemini tamamilə yenidən qurulmasını özündə ehtiva edən yanaşma var. Prezidentin iradəsi ortadadır. Fərmanda şəffaflıq, qanunun aliliyi ədalət və haqqa söykənən məhkəmə sisteminin yaradılması öz əksini tapıb. Ədliyyə Nazirliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib. Bu sənədlər hazırlanandan sonra Azərbaycanda həqiqətən müstəqil, hansısa sifarişə əsaslanmayan ədalətsizlikdən kənar, haqqa-ədalətə söykənən bir məhkəmə sisteminin yaradılmasını gözləyirik. Fərmanda hüquqi öhdəliklər öz əksini tapıb. Bu Fərman son dərəcə ciddi və tarixi sənəddir. Sənədə görə cənab prezidentə təşəkkür edirəm”.

Xəbər 1539 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +