İraqda bərə batdı - 45 ölü, 100 yaralı
Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
Millimiz Xorvatiyaya qarşı
Mehriban Əliyeva Nazarbayevanı təbrik edib
80 milyard dollarlıq süni ada yaradılaca
Həyətində narkotik yetişdirən saxlanılıb
Bakıda sərnişin avtobusu yanıb
Xınalıq yolunda qar uçqunu oldu
DİM proqrama iştirakçı qəbulu elan edir
Nazarbayev getdi, o gəldi


11.03.2019  14:20 

Cahangir Hacıyevin işində yeni şahid: “Milyonlarla kreditlər verildi…”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
XəzərNews.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mənsur Zeynalov ifadə verib.

Məhkəmədə elan olunub ki, M.Zeynalov daha əvvəl D.Xəlilovla birgə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il, Ali Məhkəmə isə 2 il 6 aya endirib.

M.Zeynalov dindirilən zaman qeyd edib ki, D.Xəlilovun “General Construction” şirkətində hüquqşünas vəzifəsində çalışıb: “Şirkətdə işim müqavilələri tərcümə etmək olub. 2007-ci Dünyamin Xəlilov “Kondor Qrup” MMC şirkətini yaratdı və məni həm təsisçi, həm də icraçı direktor təyin etdi. Sonra adıma kreditlər götürüldü. Mən ancaq sənədlərə qol çəkmişəm. Bütün göstərişləri də Dünyamin Xəlilov vermişdi”.

Suallara cavab verən M.Zeynalov bildirib ki, ixtisasca hüquqşünas olmayıb: “Zalda əyləşən bir neçə təqsirləndirilən şəxsi tanıyaram. Onlar formal olaraq şirkət rəhbərləri olub”.

Daha sonra şahid qismində Fərhad Əmiraslanov ifadə verib. Bu şəxs də D.Xəlilovla birgə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını 2 ilə endirib.

O, “General Construction” şirkətinin tikinti mütəxəsisi vəzifəsində çalışdığını söyləyib: “Sonra Dünyamin müəllim adıma “Aqora” MMC-ni yaratdı. Onun istəyi ilə bir neçə kredit sənədlərinə qol çəkmişəm. Şirkətdə rəhbər vəzifəm formal olub”.

Məhkəmədə elan olunub ki, F.Əmiraslanov Beynəlxalq Bankın 7 kredit müqaviləsinə qol çəkib və adına 10 milyon manata yaxın pul götürülüb.

Təqsirləndirilən D.Xəlilov deyib ki, “Aqora” MMC-yə ayrılan pullar layihələrə xərclənib.

Şahid qismində dindirilən Seyfulla Seyfullayev bildirib ki, daha əvvəl D.Xəlilovla birgə ittiham olunub, məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarı ilə ona şərti cəza verilib və azadlığa buraxılıb.

Onun sözlərinə görə, “Səbail Mebel” ASC-nin baş direktoru vəzifəsində çalışıb: “Adıma Beynəlxalq Bankdan 9 milyon manat kredit götürüldü. Bankdan adını xatırlamadığım şəxs mənə zəng edib, ora çağırdı. Bankda sənədlərə qol çəkdim, lakin pulu görmədim. Dedilər ki, pullar MMC-nin inkişafına xərclənəcək. Həmin pula armatur alınmalı idi, lakin heç nə olmadı”.

Digər şahid Rafiq Məmmədov ifadə verən zaman söyləyib ki, daha əvvəl “Səbail Mebel” ASC-də rəhbər vəzifəsində çalışıb, 2006-cı ildə etibarnamə ilə şirkəti S.Seyfullayevə verib. O deyib ki, MMC-nin səhimləri S.Seyfullayevə məxsus olub: “Adıma formal olaraq alqı-satqı olub”.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Xəbər 573 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2019  12:43 

Millimiz Xorvatiyaya qarşı

21.03.2019  10:48 

Bakıda sərnişin avtobusu yanıb

21.03.2019  10:07 

Azərbaycana yaz gəldi...

20.03.2019  16:43 

Xınalıq yolunda qar uçqunu oldu

20.03.2019  13:48 

Nazarbayev getdi, o gəldi

20.03.2019  12:56 

Sabahın havası açıqlandı

20.03.2019  10:43 

Düşmən atəşkəsə əməl etmir

20.03.2019  10:21 

Çərşənbə gecəsi kafe yandı

20.03.2019  09:36 

Azərbaycan Novruzu qeyd edir

19.03.2019  19:46 

Popokatepetl vulkanı aktivləşdi

19.03.2019  17:35 

Məzənnə yenilənəcək?

19.03.2019  17:11 

Nursultan Nazarbayev istefa verdi


BÜTÜN XƏBƏRLƏR +