Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


12.02.2019  10:21 

Azərbaycanda daha iki bank bağlanır, 10 bank isə...





A+  A-

Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir.
XəzərNews.az xəbər verir ki, maliyyə bazarlarındakı mənbənin modern.az-a verdiyi məlumata görə, yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı qərarını açıqlayacaq. Mənbə qeyd edir ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib. Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyir. Bankların maliyyə resursları tükəndiyindən əmanətlərin geri qaytarılmasında problemlər yaşanır. Hər iki bankın adı bizə məlum olsa da, müştərilər arasında yarana biləcək ajiotajı nəzərə alaraq, hələlik onların adını qeyd etmirik.

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli bankların bağlanmaq təhülkəsinin yaranmasının səbəbini 2015-ci il devalvasiya ilə əlaqələndirib:

"Devalvasiyalardan sonra bankların mövcud durumu, vaxtı keçmiş kreditlərin geri qaytarılmasında yaranan problemlər, kapitallaşma səviyyəsinin aşağı olması və s. davamlı olaraq gedir. Proseslərin gedişində isə dövlət proqramı qəbul olunmadı, hökumət bankların xilası ilə bağlı hər hansı addımlar atmadı. Zəif banklar getdikcə daha da ağır duruma düşməyə başladılar.

İki yol var idi: ya bank təsisçiləri öz vəsaitləri hesabına kapitallaşmanı artırmalı idilər, ya da Mərkəzi Bank ən azından uçot dərəcəsi səviyyəsində aşağı faizli kreditlər təklif etməli idi. Hər ikisi olmadı deyə, bəzi zəif banklar, hansı ki, sizin də dediyiniz kimi, adını çəkmək doğru olmazdı, kapitallaşma problemini həll edə bilmədilər. Problemli kreditlərin həcmi də həmin banklarda digərlərinə nisbətən daha yüksəkdir. Bu nəticəyə gəlmək olar ki, bu iki bankın timsalında daha bir neçə çürük bank bazarı tərk etmək məcburiyyətində qalacaq. Necə ki, bir neçə il əvvəl 10 bankın ard-arda bağlanmasının şahidi olduq. Bu il ərzində yuxarıda sadaladığım səbəblərdən iki və daha çox bankın bağlanması ehtimalı çox yüksəkdir”.

N.Cəfərlinin sözlərinə görə, hazırda təhlükə ilə üz-üzə qalan iki bankda da maliyyə resursları tükənib:

"Hətta müştərilərin öz əmanətlərini geri götürməsində müəyyən problemlərin yarandığı məlumdur. İndiki halda Əmanətlərin Sığortalanması Fondu həmin əmanətçilərə heç bir yardım göstərə bilməz. Fond yalnız bank bağlandıqdan sonra işə başlayacaq. Və çox güman ki, banklar bağlanacağı təqdirdə sığortalı əmanətlərin geri ödənişləri təmin olunacaq. Əvvəlki proseslərdə Mərkəzi Bank tərəfindən Fonda 500 milyon manata yaxın kredit verildi, bağlanan bankların içərisində "Bank Standart”ın əmanətçilərinə 400 milyondan yuxarı vəsaitin qaytarılmasını Fond üzərinə götürməyə məcbur oldu. İndi isə Fondun özünün vəsaiti yoxdur. Düşünürəm ki, bir müddət sonra Mərkəzi Bank Fonda vəsait ayırmağa vadar olacaq”.


Xəbər 1001 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +