Paşinyan Baxtadze ilə görüşüb
Sabah Bakıda yağış yağacaq
Messi millidən kənarlaşdırıldı
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
Bərdədə ər arvadını baltaladı
Cəbhədə atəşkəs yenə pozuldu
ABŞ-da atışma, ölən var
Ərdoğandan CHP-li namizədə sərt sözlər
Bu ölkədə 6,1 bal gücündə zəlzələ oldu
Yeni Zelandiyada məscidlər yenidən açıldı


27.12.2018  08:43 

Ziya Məmmədov “geri dönür” - Yeraltı keçiddədir





A+  A-

Sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun yaxın ətrafındakı şəxslərlə bağlı yeni qalmaqal yaranıb.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bir neçə sahibkarın verdiyi məlumatdan aydın olur ki, Ziya və Anar Məmmədovlar bir müddətlik taym-autdan sonra yenidən ənənəvi prinsipləri ilə hərəkətə keçiblər. İş adamları qeyd edir ki, Məmmədovlar saxta olduğu şübhə doğurmayan sənədlər ortaya çıxarmaqla, özbaşınalıqlar etməklə metronun “28 May” stansiyasının qarşısındakı yeraltı keçiddəki ticarət mərkəzindəki icarədar olan bir neçə sahibkarın obyektini mənimsəməyə çalışırlar.

Sahibkarlar söyləyir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən vəzifəsindən sui-istifadə etməklə, metronun 28 may stansiyasının qarşısındakı dövlət vəsaiti ilə inşa olunan keçidi ticarət mərkəzi edərək, öz mülkiyyətinə çevirib. Faktiki olaraq həmin keçiddəki ticarət mərkəzi bu gün də Ziya Məmmədovun sərəncamındadır.

Vaxtilə keçidi ələ keçirdikdən sonra Məmmədovlar orada obyektləri icarəyə vermək üçün sahibkarlardan mülk ölçüsünə görə 30-200 min manat civarında “şirinlik” də alıblar. Sahibkarlar bildirir ki, bunun müqabilində onlarla müddətsiz müqavilə bağlanıb: “Hazırda keçid ”Royal İstate" şirkətinin balansındadır və bu şirkətin də icraçı direktoru Ziya Məmmədovun bacısının kürəkəni Anar Novruzovdur. Vaxtilə “Royal İstate” Anar Məmmədova məxsus “Qarant Holdinq”in balansında yaradılmışdı. Hazırda Məmmədovlar saxta sənədlərlə keçiddəki arxasız hesab etdikləri, əzə biləcəklərini düşündükləri bir neçə obyekt icarədarı ilə müqaviləni qanunsuz olaraq pozmaqla, obyektləri mənimsəmək istəyirlər. Belə ki, icarədarlardakı müqavilədə icarə müddəti “müddətsiz” göstərilsə də, indi Anar Novruzov bizə saxta və qanunsuz olduğu şübhə doğurmayan sənəd göstərir və orada icarə müddətinin 2018-ci ilin dekabrında tamamlandığı əksini tapır".



Sahibkarlar qeyd edir ki, onlar belə bir müqaviləyə imza atmayıblar: “Bizim əlimizdəki müddətsiz müqavilədir və oradakı imzamızla Anar Novruzovun ortaya çıxardığı sənəddəki imzalar fərqlidir, yəni saxtadır. Məqsəd bizim faktiki və qanuni sənədlərlə sərəncamımızda olan obyektimizi mənimsəməkdir. Anar Novruzov iddia edir ki, guya keçiddəki ticarət mərkəzini özəlləşdiriblər. Amma ora strateji yerdir, Bakının yeraltı sığınacağı kimi nəzərdə tutulub və qətiyyən özəlləşdirilə bilməz”.

Sahibkarlar bildirirlər ki, icarə müqaviləsində nəzərdə tutulan öhdəlikləri onlar yerinə yetirsələr də, Anar Novruzovun icraçı direktoru olduğu, faktiki Ziya Məmmədovun olan ticarət mərkəzi həm dövlət qurumlarını, həm də sahibkarları aldadır, “qoçuluq” edir: “Belə ki, bizim ödədiyimiz icarə haqqını onlar dövlətə təqdim etdikləri sənədlərdə azaldır və bununla vergidən külli miqdarda yayınmalar edirlər. Vaxtilə bu obyektləri icarəyə götürəndə 100-150 min manat ”şirinlikləri" şirkətin təmsilçisinə vermişik. İndi deyirik ki, əgər obyekti bizə icarəyə verməkdən imtina edirsinizsə, verdiyimiz 100-150 min manatı geri qaytarın, ondan da imtina edirlər. Məqsədləri odur ki, bu obyektləri yenidən 200-300 min manat alıb, icarəyə versinlər, icarə haqlarını da bahalaşdırsınlar".

Sahibkarlar deyir ki, Bakıdakı digər yeraltı keçidlər də Ziya Məmmədovun oğlu Anar Məmmədovun monopoliyasındadır: “Beşmərtəbə"dəki - “Azdrama”nın qarşısındakı keçiddə olan obyektlər də Anar Məmmədova məxsusdur. Azərbaycan hakimiyyətinə, dövlətinə zərbə vuran Anar Məmmədov hazırda qaçıb xaricə getsə də, bütün obyektlərdən yığılan pullar indi də ona göndərilir".

İnternet resurslarında qısa bir incələmə aparanda məlum oldu ki, “Royal İstate” şirkətinin adı böyük maxinasiyalarda da hallanır. Belə ki, “Royal İstate”nin Virciniya adasında “Montgomery İndustreis” LTD şirkətinin törəməsi adı ilə ofşor qeydiyyatı haqda ötənlərdə xeyli yazılıb.

Ən mühüm məqam isə odur ki, hələ də Ziya Məmmədovun nəzarətində olan “28 May” metro stansiyası ətrafındakı keçid məhz dövləti vəsaiti ilə tikilib və bu gün həmin yeri Məmmədovlar öz dədə mülkləri kimi istifadə edirlər.

Sahibkarların sözlərinə görə, Məmmədovların, faktiki olaraq onların təmsilçisi Anar Novruzovun bir fırıldağı da ondan ibarətdir ki, icarədarlarla müqavilə blankında şirkətin adı “Royal İstate” kimi göstərilir. İndi isə icarədarlara göstərilən saxta müqavilələrdə şirkətin adı “Royal Estate” qeyd olunur. Belə başa düşülür ki, Ziya Məmmədov dolandırıcılıq, diqqətdən yayınmaq məqsədilə şirkətin adına da “bir balaca” əl gəzdirib.

Sahibkarların sözlərinə görə, dövləti milyardlarla manat ziyana salan, ölkə boyunca yol çəkilişləri zamanı ayrılan vəsaitlərin azı 50 faizini mənimsəyən və buna görə məsuliyyətə cəlb edilməli olan Ziya Məmmədov və qohumları faktiki olaraq yenidən “dirilərək” “at oynadırlar”: “Royal Estate" şirkətinin icraçı direktoru onun bacısının kürəkəni Anar Novruzovdur. Şirkəti qeyri-rəsmi o və Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə idarə edir. Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov isə burada qeyri-rəsmi baş maliyyəçidir. Bu, həmin Davud Əfəndizadədir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən Bakı Sərnişindaşıma Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tuturdu. Bakıda keçirilən Avropa Oyunları zamanı 3 əcnəbi vətəndaşın avtobusun altına qalması da yaddaşlardadır. Həmin avtobus şirkətini Davud Əfəndizadə himayə edirdi.

Xəbər 891 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2019  17:48 

Paşinyan Baxtadze ilə görüşüb

24.03.2019  14:53 

Sabah Bakıda yağış yağacaq

24.03.2019  14:26 

Messi millidən kənarlaşdırıldı

24.03.2019  12:27 

Bərdədə ər arvadını baltaladı

24.03.2019  11:49 

Cəbhədə atəşkəs yenə pozuldu

24.03.2019  11:17 

ABŞ-da atışma, ölən var

22.03.2019  15:37 

Yaponiyada iki təyyarə toqquşdu

22.03.2019  12:53 

Məktəb direktoru qəza törətdi


BÜTÜN XƏBƏRLƏR +