Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.12.2018  19:07 

Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlandı - Sahibi həbs olundu





A+  A-

Nəsimi rayonunda “Masaj” adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkarlanıb.
Bakı şəhər prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində Tamilla Axundovanın tamah niyyəti ilə nəvəsi Eldar Əfəndiyev tərəfindən qəsdən öldürməsi faktına görə başlanmış cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunda davam etdirilir.

İstintaq zamanı təqsirləndirilən şəxs E.Əfəndiyev ifadəsində cinayət yolu ilə əldə etdiyi əmlakı satıb pul əldə etdikdən sonra tanışı ilə birlikdə paytaxtın Nəsimi rayonu ərazisində “Masaj” adı ilə fəaliyyət göstərən obyektə gələrək orada pul müqabilində təqdim olunan qadınlarla intim əlaqədə olduqlarını bildirib.

Qeyd edilən xüsusatın istintaq yolu ilə araşdırılması zamanı müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Güləndam Murtuzova 2017-ci ilin sentyabr ayından etibarən həmin obyektin yerləşdiyi iki otaqlı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək şərait yaradıb və müxtəlif məbləğlər qarşılığında qadınların ayrı-ayrı kişilərlə intim münasibətdə olmasını təşkil edib.

G.Murtuzova Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3268 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +