Marşrut daşıyıcılarının sayı azaldılıb
Bakıda qumarxana aşkarlandı
İlham Əliyev Davosda görüşlər keçirir
Sabah yağış, güclü külək gözlənilir
Dünən 5 qəza olub, 4 nəfər ölüb
Mehman vaxtından tez azad oluna bilər?
Düşmən atəşkəsə əməl etmir
Trampın rəqiblərinin sayı 4-ə çatdı
Azərbaycanlı aparıcı dələduzluqda ittiham olunur
Bu xəstəliyi olanlar ayaqyalın gəzsin


07.11.2018  10:06 

Taksi sürücüləri vergini necə ödəyəcək? - Məbləğ və qayda açıqlandı





A+  A-

Azərbaycanda taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində qurulub, şəxsi avtomobili olan vətəndaşlar zəruri icazə əldə etməklə taksi xidməti göstərməlidir.
XəzərNews.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, Vergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşdirilmiş vergi üzrə vergitutma obyektidir. Taksi ilə sərnişin daşınmasını həyata keçirən vergi ödəyiciləri üzrə sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır. Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

• Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;

• Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) - 1,5;

• Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında - 1,0.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır:

Beləliklə, Bakı şəhərində taksi ilə sərnişin daşıyan şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin aylıq məbləği 1 ədəd nəqliyyat vasitəsi üçün 18 manat (1 x 9 manat x 2 = 18 manat) təşkil edir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata keçirdikdə isə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir. Vergi Məcəlləsinə əsasən, taksi xidməti göstərən subyektlər xidmət göstərən nəqliyyat vasitəsi üçün öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı” almalıdırlar. "Fərqlənmə nişanı” vergi ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir. Taksi xidməti göstərən istər hüquqi şəxslər, istərsə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra "Fərqlənmə nişanı” almaq hüququ qazanırlar. "Fərqlənmə nişanı” alındığı aylar üzrə hansısa səbəbdən fəaliyyət göstərmək mümkün olmazsa, taksi xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi onların fəaliyyətin olub-olmamasından asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. "Fərqlənmə nişanı” olmadan taksi xidməti göstərən subyektlərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Xəbər 876 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.01.2019  17:32 

Manatın məzənnəsi dəyişdi?

22.01.2019  15:23 

Bakıda qumarxana aşkarlandı

22.01.2019  13:27 

Bakıda ev yandıranlar tutuldu

22.01.2019  11:09 

Azərbaycan nefti 65 dollara çatır

22.01.2019  10:56 

Düşmən atəşkəsə əməl etmir


BÜTÜN XƏBƏRLƏR +