“Nəsimi” bazarı sökülür
Almaniya iqtisadiyyatı ilk dəfə gerilədi
Sabah hava necə olacaq?
Ali Məhkəmədən Gözəl Bayramlıya güzəşt
Sumqayıtda “Karvan” yenə də yandı
Bu şagirdlər üçün bəzi qaydalar dəyişdi
Yeni qalaksiya kəşf edildi
Rusiya Davosdan imtina etdi
Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq
Nazir müavini vəzifəsindən azad edildi


06.11.2018  15:09 

“Bu sahəyə 8 milyon dollara yaxın vəsait ayırırdıq”





A+  A-

“Etiraf etməliyəm k, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Amma heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur”.
XəzərNews.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deputatların kino sahəsinə ayrılan vəsaitin artırılması ilə bağlı təkliflərinə cavab verərkən deyib. O qeyd edib ki, əvvəlki illərdə biz ildə təxminən 8 milyon dollara yaxın vəsait ayırırdıq: “Bu, kifayət qədər böyük vəsaitdir. Asim müəllim deyir ki, indi 1.5 milyon dollara kino çəkmək çətindir, amma belə kinolar var və yaxşı da çəkilərək ictimaiyyətə göstərilir. Ona görə də burada sistem olmalıdır. Dövlət büdcəsinin ethiyat imkanları var. Yəni burada daha səmərəli mexanizm yaradılarsa və bu mexanizm təkcə dövlət büdcəsindən vəsaitlərin verilməsini deyil, eyni zamanda yüksək keyfiyyətə malik kino əsərlərinin yaradılmasına xidmət edəcək proqramın ərsəyə gəlməsi ilə nəticələnəcək. Təkcə onu qeyd etmək istəyirəm ki, son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir, bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür. Ona görə də gəlin bu məsələyə nikbin yanaşaq. Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam . Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyət yönümlü dəyişiklik baş verməlidir”.

Xəbər 733 dəfə oxunub.



14.11.2018  16:05 

Polis 15 avtoşu saxladı

14.11.2018  15:46 

“Nəsimi” bazarı sökülür

14.11.2018  13:28 

Sabah hava necə olacaq?

14.11.2018  10:07 

Yeni qalaksiya kəşf edildi

14.11.2018  09:54 

Rusiya Davosdan imtina etdi

13.11.2018  18:32 

Məzənnə yeniləndi?


BÜTÜN XƏBƏRLƏR +