AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


04.10.2018  11:57 

“Akkord” çökür – Milyonlarla zərər, səhmdarlar çətin vəziyyətdə





A+  A-

"Akkord” Şirkətlər Qrupu çöküb.
XəzərNews.az xəbər verir ki, AFN-ə verilən məlumatlı mənbədən daxil olan xəbərə görə, "Akkord”un iqtisadi vəziyyəti hazırda həddən artıq acınacaqlıdır: "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,% azalıb. 2017-ci ildə şirkətin cəmi kapitalı 65,6% azalmış, məzənnə fərqindən 12,3 milyon manat zərər etmişdi. Son nəticədə "Akkord” 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət 2016-cı ildə 6,3 milyon manat mənfəətlə çıxmışdı”.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-ci ildə yaradılıb. Ötən ilin sonuna onun nizamnamə kapitalı 74 milyon 113 min manat təşkil edib Şirkətin səhmdarları 51% payla "VIP Estate” MMC və 49% payla Dərya Müsəllim oğlu Vəliyevdir.

"Akkord”un vəziyyəti acınacaqlıdır:

Mənbənin verdiyi başqa bir məlumatda isə bildirilir ki, "Akkord”un idarəetməsinə Beynəlxalq Bank nəzarət edəcək: "Azərbaycan Beynəlxalq Bankının qayıtmayan kreditləri ilə bağlı söhbət düşərkən yalnız bankın keçmiş prezidentinin adı hallanır. Yoxa çıxan 3 milyard manat həcmində vəsaiti tək bir adammı yeyib?

Yaxın tarixə kiçik bir ekskurs edək. Məlumdur ki, bankdan götürdüyü krediti qaytara bilməyən metanol zavodunun rəhbəri məsuliyyətə cəlb olunmuşdu. İş adamını metanol zavodunun tikintisi üçün Beynəlxalq Bankdan götürdüyü, faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham edirdilər. İndi zavod SOCAR-a satılıb, borclar da qaytarılır.

İş adamı Hacı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan 850 milyon manat kredit götürdüyü məlumdur. İş adamı məsuliyyətə cəlb olunmuşdu və hazırda borcunu hissə-hissə qaytarmaqda davam etdiyi barədə bilgilər vardır.

Digər iri borclu isə "Akkord” şirkətidir. Korporasiyanın Beynəlxalq Banka 1,3 milyard borclu olması ilə bağlı səslənən iddialara şirkətdən hələ indiyə qədər konkret fikir bildirilməyib.

Uzun illərdir Azərbaycanda infrastruktur layihələrini həyata keçirən "Akkord” götürdüyü kreditləri qaytarmayıb və şirkət rəhbərliyindən də hələ heç kim məsuliyyətə cəlb olunmayıb.

Qeyd edək ki, "Akkord”dan borcunu ger ala bilməyən Beynəlxalq Bank məcburən başqa bir üsula əl atıb. Belə ki, tərəflər arasında əldə edilən razılaşmaya əsasən, bundan sonra "Akkord”un şəhərin müxtəlif ərazilərində olan yaşayış komplekslərindəki qeyri- yaşayış sahələrinin idarəetməsinə Beynəlxalq Bank nəzarət edəcək. Beynəlxalq Bank yalnız bu üsulla "Akkord”un ona olan borcunu ödətdirmək istəyir. Bundan əvvəl "Akkord”un qeyri-yaşayış komplekslərinin idarə olunması ilə "Property İnvestments” MMC məşğul olub. Bildirilir ki, artıq "Property İnvestments”lə Beynəlxalq Bank arasında təhvil-təslim prosesi həyata keçirilir”.

Xəbər 2335 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +