Bakı merindən ilk təyinat
Sabah hava necə olacaq?
“Reket jurnalistlər bizi biabır edir”
Milyonçu 60 min avroya sevgili axtarır
Səhərlər tez oyanmağın - 5 faydası
Çili Azərbaycanda səfirlik açır
Polis 83 nəfəri saxladı
Sabahdan məktəblər BAĞLANIR
Atəşkəsi pozdular
Bakıdakı bu vulkanlar təhlükə mənbəyidir


02.10.2018  16:54 

“Narkomanın işə götürülməsi səhlənkarlığın nəticəsidir”





A+  A-

Dünən Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşduğu yoldakı problemlərlə bağlı təxminən 10 gün əvvəl Daxili İşlər Nazirliyinə müraciət olunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, 275 nəfər qəsəbə sakininin imza atdığı müraciətdə nazir Ramil Usubovdan həmin yolda hərəkətin nizamlanmasını xahiş ediblər. Sakinlər qeyd edib ki, asfalt yolu çəkilsə də, işıqfor, sürət nişanları qoyulmayıb və ərazidə yol polisi xidmət aparmır. Bu da piyadaların vurulması ilə nəticələnən qəzalara səbəb olub: “Hər ay yol qəzalarında ən az 2-3 piyada həyatını itirir. Bu məsələ ilə əlaqədar dəfələrlə DYP idarəsinə müraciət olunmasına baxmayaraq, heç bir tədbir görülməyib”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, həmin müraciətin həqiqətən də nazirliyə daxil olub-olmaması araşdırıldıqdan sonra müvafiq açıqlama veriləcək.

Sözügedən hadisədən əvvəl də sürücülərin necə seçilməsi müzakirə mövzusu olub. 2012-ci il avqustun 31-də 124 saylı marşrutun Lökbatan qəsəbəsində qatarla toqquşması nəticəsində 6 nəfər ölmüşdü, 46 nəfər isə yaralanmışdı. Həmin zaman Nəqliyyat Nazirliyini və nazir Ziya Məmmədovu tənqid edənlər bu gün də ünvanı Bakı Nəqliyyat Agentliyinə dəyişiblər. O zaman da sürücülərin işə götürülməsi qaydası müzakirə və tənqid olunurdu, bu gün də.

Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə ağır qəza törədərək 6 avstriyalı idmançını vuran Vəli Əhmədovun da hadisədən öncə adam vurub öldürdüyü üçün məhkumluq yaşadığı məlum olmuşdu. Məhkəmədə onu kimin işə götürülməsi MTN-NİİM-Nəqliyyat Nazirliyi üçbucağı arasında itib batdı.

Bu gün də məlum olur ki, 160 saylı avtobusun sürücüsü Əlixan Şıxəliyev ölümlə nəticələnən yol qəzası törədiyi üçün bundan əvvəl məhkum olunub. Hətta, onun narkotik aludəçisi olması ilə bağlı rəy verilib.

Bu ilin iyul ayında da 202 saylı marşrutu idarə edən 1984-cü il təvəllüdlü İlkin Tağıyevin sükan arxasında narkotik çəkdiyi bəlli olmuşdu və həmin şəxs polis tərəfindən saxlanılıb.

Sürücüləri işə daşıyıcı şirkət götürsə də, onların haqqında məlumat bazasını Bakı Nəqliyyat Agentliyi toplayır və nəzarət edir.

Vəkil Xəyal Bəşirov açıqlamasında bildirib ki, prezident İlham Əliyev 2 aprel 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalanyıb: “Buna əsasən Agentliyin nizamnaməsi yaradılıb. Ağır məhkumluğu olanların, psixoloji xəstəliyi olanların, narkotik aludəçilərinin sürücü kimi ictimai nəqliyyat vasitələrinə götürülməsi qadağandır.

Nizamnamədə Agentliyin vəzifələri ilə bağlı açıq şəkildə göstərilib ki, bütün təhlükəsizlik vasitələrini təmin etməlidirlər. Qeyd olunub ki, sərnişindaşıma ilə bağlı sürücülərin qeydiyyatını aparmaq və baza yaratmaq Agentliyin vəzifəsidir. Agentlik bu işə nəzarəti də həyata keçirir. Lakin bu gün narkotik istifadəçilərinin, ağır cinayət törədən məhkumların sürücü kimi işə götürülməsi səhlənkarlığın nəticəsidir. Agentliyin bu səhlənkarlığının da öz cinayət məsuliyyəti var”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, problemlərin kökündən həll edilməsi üçün bu işi dövlət qurumları icra etməlidir: “Sürücülərin işə qəbulu proses daşıyıcıların özləri həyata keçirir. Biz qanunvericiliyə uyğun olaraq müəyyən tələblər hazırlamışıq. Müvafiq olaraq da daşıyıcılarla görüşlər keçirilir və bu tələblərlə bağlı onlara xəbərdarlıq olunur. Lakin reallıq ondan ibarətdir ki, bu gün də sərnişindaşımada qeyri-peşəkar sürücülər, hətta müvafiq kateqoriyası, bəzən ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxslər sükan arxasında əyləşir. Bunlar işə məsuliyyətsiz yanaşmanın nəticəsidir. Buna nəzarəti də Bakı Nəqliyyat Agentliyi həyata keçirmir. Bizim yolda avtobusu saxlayıb sürücünün vəsiqəsinə baxış keçirmək səlahiyyətimiz yoxdur. Bu, müvafiq dövlət qurumu (yol polisi – red.) tərəfindən həyata keçirilməlidir. Bu gün sürücünü daşıyıcı şirkət özü işə götürürsə, bunun məsuliyyəti də onların üzərindədir.

Biz dəfələrlə demişik ki, bu problemlərin həlli üçün sərnişindaşıma ayrı-ayrı sahibkarlar tərəfindən yox, dövlət qurumu tərəfindən icra olunmalıdır. Sərnişindaşımada dövlətin payı artmış olarsa, tam keyfiyyətli xidmət göstərmək olar”.

M.Ağayev qeyd edib ki, daşıyıcılar onlara sürücülər haqda məlumat göndərsələr də, həmin sənədlərdə onların əvvəllər məhkum olunub-olunmadığı, narkoloji müalicə alıb-almadığı, psixoloji vəziyyəti haqda məlumatlar qeyd olunmur.

BNA sözçüsü əlavə edib ki, Binə qəsəbəsində baş verən qəza ilə bağlı özləri də araşdırma aparırlar: “İlkin məlumat budur ki, avtobus həmin zaman yüksək sürətlə hərəkət etməyib və sürəti təxminən 10-12 km/saat olub. Digər nəqliyyat vasitələri də avtobusla eyni hərəkət edirlər və onların qarşısında hər hansı maneə görünmür”.

Qeyd edək ki, dünənki qəza nəticəsində 1-i şagird olmaqla 2 nəfər vəfat edib, 42 nəfər isə yaralanıb.

Xəbər 988 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.11.2018  18:26 

Bakı merindən ilk təyinat

15.11.2018  15:11 

Nemət Pənahlı azadlığa çıxdı

15.11.2018  13:26 

Sabah hava necə olacaq?

15.11.2018  12:57 

“London taksi”si adam öldürdü

15.11.2018  11:18 

Hövsan bu gün susuz qalacaq

15.11.2018  11:05 

Çili Azərbaycanda səfirlik açır

15.11.2018  10:46 

Polis 83 nəfəri saxladı

15.11.2018  10:17 

Sabahdan məktəblər BAĞLANIR

15.11.2018  09:26 

Atəşkəsi pozdular


BÜTÜN XƏBƏRLƏR +