Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


13.09.2018  20:37 

Sabiq nazirlər nə işlə məşğuldurlar? - Kimisi biznesmen, kimisi alim, kimisi də...





A+  A-

Azərbaycanda nazirlər vəzifədən getdikdən sonra müxtəlif fəaliyyətlə məşğul olurlar. Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır, bəziləri isə təqaüdə çıxır.
XəzərNews.az Azxeber.com-a istinadən xəbər verir ki, sabiq vergilər naziri Fazil Məmmədov hazırda sağlamlıq problemlərinin həlli ilə məşğuldur. Türkiyədə müalicə olunan keçmiş nazirin ürək və şəkər xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun hazırda elmi fəaliyyətlə məşğul olduğu deyilir. İqtisad elmləri doktoru S.Müslümovun hansı ali təhsil və elmi tədqiqat müəssisəsində çalışdığı dəqiq məlum olmasa da, onun iqtisadiyyat sahəsində elmi araşdırmalar apardığı bildirilir.

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun hazırda işsiz olduğu deyilir. Nazir təyinatına qədər müxtəlif vəzifələrdə, o cümlədən Hesablama Palatasının sədri postunda çalışan H.Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovla qudadır. Onun qızı Fəridə Məmmədova Ziya Məmmədovun oğlu Anar Məmmədovla rəsmi nikahdadır.

Eks-ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov rəsmi olaraq işsiz olsa da, faktiki olaraq vaxtilə özünün yaratdığı “Qərbi Kaspi” universitetinə rəhbərlik edir. Onun eyni zamanda müalicə olunduğu, bu məqsədlə vaxtaşırı olaraq xarici dövlətlərdən birinin məşhur klinikasına üz tutduğu da söylənilənlər arasındadır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov mətbuata açıqlamasında işsiz olduğunu desə də, iddialara görə bizneslə məşğuldur. Mətbuatda onun 270 min dollara yeni avtomobil almasına dair iddialar dolaşır. Qardaşı, keçmiş deputat Elton Məmmədov bu xəbərləri təkzib etsə də, keçmiş nazirin nə özü bu məsələyə hər hansı münasibət bildirmir.

Eks-rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviridir. Nazir təyin olunmazdan öncə akademik Əli Abbasovun AMEA rəhbəri seçiləcəyi gözlənilsə də, bu baş vermədi. Nazir təyin olunan Ə.Abbasovun yenidən AMEA sisteminə qayıdışı əslində gözlənilən idi.

Sabiq təhsil naziri Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direkoturudur. Eyni zamanda AMEA-nın müxbir üzvü olan Misir Mərdanov “Türk Dünyası Riyaziyyatçılar” Cəmiyyətinin sədridir. Cəmiyyətin icraçı direktoru isə akademik Fikrət Əliyevdir.

Xəbər 2663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +