Bu ay 10 gün qeyri-iş günü var
Qurban bayramının vaxtı AÇIQLANDI
Mehman Hüseynov xərçəngə tutuldu
Ukrayna iyunun 15-dən aviauçuşları bərpa edir
AFFA mövsümü dayandırdı
Peskovdan Putinlə bağlı açıqlama
Netanyahu yenə ölümlə təhdid olundu
Sabah yağış yağacaq
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq”
“Maska cəriməsi 25 manata endirilsin”


09.08.2018  19:48 

Tarlada zəhərlənmələrə görə vəzifəli şəxslər həbs olundu





A+  A-

Bu il pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı vəzifəli şəxslər həbs olunub.
Bu barədə XəzərNews.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, cari ilin iyun ayında respublikanın Saatlı, Tərtər, İmişli və dgər rayonlarında pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə araşdırma aparılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlamış cinayət işi ilə bağlı Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə hadisələrin baş vermə səbəbləri, təqsirli şəxslərin dairəsi və sair sübut edilməli hallar tam araşdırılıb.

Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə, müayinə və sair istintaq hərəkətləri yerinə yetirilib. Həmçinin hadisə yerlərindən, zərərçəkmiş şəxslərdən, tədarükçü hüquqi şəxslərin anbarlarından götürülmüş 200-dən artıq nümunə və bitki mühafizə vasitələrinin toksikoloji, kimyəvi müayinələri və ekspertiza tədqiqatları həyata keçirilib.

Kimyəvi zəhərlənmələrə məruz qalmış bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla, onların sağlamlıqlarına dəymiş zərərin aradan qaldırılması üçün zəruri tibbi və sair təminatlarla əhatə olunublar.

Cinayət təqibi üzrə kifayət qədər sübutlar toplandığından xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozma əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli İnnovasiya filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, “CTS Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, köməkçi aqronomu Habil Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbov, İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov və Tərtər rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fizuli Əzimov barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanaraq müvafiq olaraq Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərilib.

Hazırda aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə insanların həyat və sağlamlığına təhlükə yarada biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində profilaktiki tədbirlər həyata keçirilməklə, digər epizodlar üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 864 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.06.2020  10:17 

Bu ay 10 gün qeyri-iş günü var

02.06.2020  09:54 

Bu ölkə də sərhədlərini açır

01.06.2020  19:46 

AFFA mövsümü dayandırdı

01.06.2020  15:49 

Sabah yağış yağacaq

01.06.2020  09:54 

“Ekologiya postu” sökülür


BÜTÜN XƏBƏRLƏR +