Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.05.2018  15:11 

İki hücumla 143 şəhər məhv ola, 98 milyon insan ölə bilər





A+  A-

ABŞ-ın Corctaun Universitetinin professoru Metyu Kroeniq özünün yeni “Amerika strategiyasının məntiqi: Niyə strateji üstünlük?” adlı kitabında Rusiya tərəfindən endirilə biləcək hipotetik nüvə zərbəsinin nəticələrini qiymətləndirib.
XəzərNews.az-ın məlumatına görə, ABŞ-ın hərbi sahə üzrə ixtisaslaşan “The National İnterest” nəşrində“Amerikaya tonlarla nüvə silahı lazımdır” başlıqlı məqalə yayımlanıb.

Məqalədə bildirilib ki, Rusiya ABŞ-a nüvə zərbəsi endirsə, bu hücumun gedişatında 131 şəhər məhv ediləcək və 70 milyon həlak olacaq.

Professor Metyu Kroeniq qeyd edir ki, bu rəqəmlər ABŞ-ın da Rusiyaya adekvat cavab verə biləcəyini göstərir.

Onun sözlərinə görə, Vaşinqtonun əks hücumu ilə Rusiyanın 12 şəhəri dağıdıla və 28 milyon insan ölə bilər.

Mütəxəssis belə nəticəyə gəlib ki, ABŞ Rusiya təhlükəsinə qarşı özünün nüvə arsenalını qoruyub saxlamalıdır.

“Əgər ABŞ-ın nüvə arsenalı daha güclü olacaqsa, nüvə müharibəsində də Vaşinqtonun itkiləri az olacaq” – Metyu Kreoinq bildirib.

Xəbər 3210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +