AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


26.04.2018  15:27 

SHXÇDX-nin Ağsu rayon şöbəsində hərbi bilet ALVERİ





A+  A-

Heç kimə sirr deyil ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir çox yerli şöbələrində neqativ hallar, ciddi nöqsanlar müşahidə olunmaqdadır.
Misal kimi, mayor Nizami Heybətovun rəisi olduğu Ağsu rayon şöbəsini göstərmək olar. XəzərNews.az-ın Obyektiv.info-ya istinadən xəbərinə görə, Səfərbərlik Xidmətinin adıçəkilən şöbəsinin rəisinin üzərinə düşən işi layiqincə icra etmədiyini vurğulayan məlumatlı şəxsin verdiyi informasiyada deyilir ki, Nizami Heybətov hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çevirib.

Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində acınacaqlı vəziyyət hökm sürdüyünü iddia edən mənbənin sözlərinə görə, xidmət rəisi nöqsanlı əməllərə imza ataraq əhalinin ciddi narazılığına səbəb olub:

«Deyilənlərə görə, hər çağırış dövrü Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsində sanki bazar açılır. Şöbə rəisi Nizami Heybətov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən ciddi problem isə çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Bildirilir ki, Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Nizami Heybətovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. «Niqodnıy» hərbi biletin əldə olunması isə baha başa gəlir. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Onu da nəzərinizə çatdırım ki, burada baş verən qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Deyilənlərə görə, belə hallar yalnız Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Nizami Heybətovun razılığı ilə yarana bilər».

Bu gün Ağsu rayon qeydiyyatında olan əksər şəxslərin sağlam olduqları halda Nizami Heybətovla dil taparaq həqiqi hərbi xidmətdən yayınmağı bacardığını deyən məlumatlı şəxs qeyd edir ki, SHXÇDX-nin Ağsu rayon şöbəsinin bəzi əməkdaşları öz işinə məsuliyyətsiz yanaşır, səhlənkarlıq edir, bəzi hallarda isə cinayət tərkibli əməllərə yol verirlər: «Deyilənlərə görə, Səfərbərlik Xidmətinin Ağsu rayon şöbəsində sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınması sanki adi hal alıb. Ağsulular bildirirlər ki, hərbi bilet almağın, yəni sağlam çağırışçının «komsovat» edilməsi təxminən 8-10 min «təşəkkür»ə başa gəlir. Əgər bütün bu deyilənlərlə bağlı müvafiq qurumlar tərəfindən obyektiv və genişmiqyaslı yoxlama aparılarsa, o zaman Nizami Heybətovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində son zamanlar neqativ halların artdığı, nəzarət mexanizminin itdiyi və digər nöqsanların mövcudluğu üzə çıxa bilər. Bu isə Nizami Heybətovun vəziyyətini xeyli qəlizləşdirə, hətta onun həbs təhlükəsilə üz-üzə qalmasına səbəb ola bilər».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər 3573 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +