Tbilisidə polis aksiyanı dağıtmağa başladı
20 il torpaqla qidalanan insan - VİDEO
Tofiq Yaqublu azadlığa buraxılıb
Qaladakı qəzada 1 ailənin 4 üzvü ölüb
Sabah hava çiskinli olacaq
DİM elan verdi
Cəbhədə silah səsləri susmadı
Azərbaycanda kişi həkimlərin sayı azalıb
Qanunsuz ov edənlər saxlanıldı
Lukaşenko yenidən prezident olmaq istəyir


25.04.2018  14:43 

Qarabağ cəbhəsində hər an döyüş başlaya bilər





A+  A-

Son günlər Ermənistan gündəmi çalxalanır. Aprelin 13-də Ermənistanın baş naziri seçilən Serj Sarkisyan vəzifəsinin icrasını yarımıq qoymalı oldu. Vəziyyət o həddə gəlib çatdı ki, ölkəni bürüyən etiraz aksiyalarına görə Sarkisyan baş nazir postundan istefa verdi.
Sarkisyanın hakimiyyətdən getməsi Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?

Ermənistandakı gərgin vəziyyətin fonunda cəbhədə hərbi əməliyyatlar başlaya bilərmi?

Bəziləri münasib fürsət yarandığını, Azərbaycan Ordusunun cəbhədə hərbi əməliyyatlara başlamalı olduğunu iddia edir.

XəzərNews.az-ın məlumatına görə, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a deyib ki, cəbhədə hər an hərbi əməliyyatların başlamasını gözləmək olar.

“Bu prinsip Sarkisyanın əksinə işlədi”

“Ermənistanda hansısa rəhbər dəyişsə də, siyasət dəyişməyib. Biz müharibə şəraitindəyik. Heç kim deyə bilməz ki, cəbhədə hərbi əməliyyatlar başlaya bilməz. Hər an döyüşlər başlaya bilər. Hər gün cəbhədə atəşkəs 100 dəfədən çox pozulur. Bunun özü də cəbhədə sakitliyin olmadığını göstərir. Sadəcə, Serj Sarkisyan son zamanlar barışmaz, qeyri-konstruktiv mövqe tuturdu. Hətta danışıqlardan imtina etmişdi və belə bir şərt qoymuşdu ki, Azərbaycan güzəştə getməsə, Ermənistan danışıqlara gəlməyəcək. Bu, daxili auditoriyaya hesablanmış prinsip idi. Amma bu da Sarkisyanın əksinə işlədi. Cəbhədə hər an hərbi əməliyyatların başlamasını gözləyirik. Silahlı Qüvvələrimiz hər an istənilən təxribatın qarşısını almağa hazırdır. Eyni zamanda, geosiyasi vəziyyət dövründə Azərbaycan üçün yaşıl işıq yana bilər. Biz də o vəziyyətdən istifadə etməklə işğal altında olan torpaqlarımızı azad etməliyik. Azərbaycan nə qədər sülh variantına çalışsa da, buna ümid etmək çox azdır. Yalnız güc variantı və Silahlı Qüvvələrin köməyi ilə torpaqlarımızı azad edə bilərik. Yenə təkrar edirəm. Ermənistan rəhbərinin dəyişməsi hakimiyyətin dəyişməsi demək deyil. Ona görə də hər hansı təxribatların qarşısını almağa hazır olmalıyıq”.

“Heç bir erməni anası övladının Qarabağda xidmət etməsini istəmir”

Ehtiyatda olan polkovnik düşünür ki, Qarabağ münaqişəsinin uzanması Ermənistanı hər gün bir az geri atır:

“Qarabağ problemi Azərbaycan cəmiyyətini birləşdirirsə, Ermənistan cəmiyyətini parçalayır. Ona görə də müxalifət qüvvələri Ermənistanda olan sosial problemlərə, iqtisadiyyatın çökməsinə, miqrasiyanın yaratdığı fəsadlara Qarabağ prizmasından baxırlar. İnsanların ölkədən çıxıb getməsinin səbəbləri içində sosial problemlər yer alsa da, heç bir erməni övladını Qarabağ bölgəsinə göndərmək istəmir. Bu da insanların ölkədən getməsinə səbəb olur. Hər bir erməni ailəsi çalışır ki, övladı Ermənistanda xidmət etsin, bircə Qarabağda xidmət etməsin. Bu da mümkün deyildi. Çünki Ermənistan Qarabağı işğalda saxlayır”.

“Üçüncü dövlətlər münaqişənin həllinə imkan vermirlər”

Ramaldanov deyir ki, Ermənistan əhalisinin Sarkisyana nifrət etməsi önündə beynəlxalq layihələrdən təcrid olunma da dayanır:


“Bu faktlar da ölkə iqtisadiyyatını sıfıra endirirdi. Bilirik ki, əgər Ermənistanla Azərbaycanın münasibətləri dostluq şəraitində keçsəydi, işğalçı dövlət bütün layihələrin içində olardı. Prezident İlham Əliyevin belə bir sözü var: əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan əldə olan imkanları hesabına qısa bir zamanda işğlaçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa edəcək.

25 ildir ki, beynəlxalq təşkilatlar münaqişəyə göz yumur. Belə görünür ki, məsələ sülh yolundan hərb variantına gəlib çıxır. ATƏT-in Minsk qrupunun illərdir ki, gəlib-getməsinin heç bir əhəmiyyəti yoxdur. Minsk qrupu üzvlərinin bölgəyə səfəri turist gəzməsinə dönüb. Ona görə də üçüncü dövlətlər burada maraq sahibidir və münaqişənin həllinə imkan vermirlər”.

Xəbər 1286 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.11.2019  15:29 

Tofiq Yaqublu azadlığa buraxılıb

18.11.2019  14:16 

Sabah hava çiskinli olacaq

18.11.2019  11:54 

DİM elan verdi

18.11.2019  10:45 

Cəbhədə silah səsləri susmadı

18.11.2019  09:27 

21 yaşlı məhkum özünü asdı

18.11.2019  08:41 

Qanunsuz ov edənlər saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +