Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


18.12.2017  11:43 

Fazil Məmmədovun federasiyasına CƏRİMƏ KƏSİLİR





A+  A-

Dekabrın 17-də velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.
XəzərNews.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Pərviz Musayev Modern.az-a bildirib ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir.

“Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman "Yol hərəkəti haqqında" Qanunun bütün tələblərinə riayət edirlər.

Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir”.

Onun sözlərinə görə, velosipedlər aktlaşdırılaraq cərimə meydançasında saxlanılıb, velosipedçilər isə sərbəst buraxılıb:

“Velosipedlərin təhlükəsizliyinə isə zəmanət verilmir. "Yol hərəkəti haqqında" Qanunun 43-cü maddəsinin II hissəsinə əsasən, avtomagistrallarda (110km/s) velosipedlərin hərəkəti qadağandır.

Birincisi, aeroport yolunda avtomagistral işarəsi yoxdur. İkincisi, avtomagistral adlandırdığınız, amma bununla bağlı işarə olmayan həmin yolda sürət həddi zolaqlar üzrə 120 (!), 100, 80 və 60 km/saatdır. Bu amil özü də həmin yolun qanunla avtomagistral adlandırmasını mümkünsüz edir. Üçüncüsü, velosipedçilər həmin yolun ən aşağı sürət həddi müəyyən edilmiş sağ hissəsində (60km/s) hərəkət ediblər ki, "Yol hərəkəti haqqında" Qanun buna icazə verir”.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov velosipedçilərin saxlanılmasına səbəb kimi razılaşdırılmadan hərəkət etmələrinin olduğunu deyib:

“Təqribən 40-a yaxın velosipedçi şəhər polisi ilə razılaşmadan, icazəsiz olaraq Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət ediblər. Bu yolda sürət həddi saatda 120 kilometr nəzərdə tutulub. Velosipedçilər avtomobillərin hərəkətinə ciddi maneə yaradıb. Bunu kamera görütülərindən də aydın görmək mümkündür. Hətta, velosipedçilərin özünün həyatına təhlükə yaranıb. Bu səbəbdən də cərimə meydançasına aparılıblar”.

Xatırladaq ki, Velosiped İdmanı Federasiyasının hazırkı prezidenti bir neçə gün öncə vergilər naziri postundan uzaqlaşdırlan fazil Məmmədovdur…

Xəbər 1089 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +