Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


24.11.2017  12:17 

Gələn ilki prezident seçkisində namizəd bolluğu olacaq





A+  A-

Azərbaycanda keçiriləcək prezident seçkisinə təxminən 11 ay qalıb və artıq xeyli sayda iddiaçının adı bəllidir.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, həm ənənəvi müxalif düşərgədən namizədlər açıqlanıb, həm də vaxtilə indiki hakimiyyətdə təmsil olunan və hazırda xaricdə yaşayan şəxslərin bəziləri fərdi olaraq namizədliklərini elan ediblər. Bunlar eks-spiker Rəsul Quliyev və keçmiş deputat Hüseyn Abdullayevdir. Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun da namizəd ola biləcəyi barədə ara-sıra məlumatlar yayılır. Müxalifət partiyalarından isə İsa Qəmbər, Əli Əliyev və Tural Abbaslının namizəd olacağı bəyan edilib. Siyahının artacağı istisna deyil.

Belə görünür ki, növbəti seçkilərdə müxalif düşərgə namizəd bolluğu yaşayacaq. MSK-nın iddiaçılardan sonda neçəsini qeydə alıb-almayacağına gəldikdə, Məzahir Pənahovun mətbuata verdiyi açıqlamadan belə nəticəyə gəlmək olar ki, hakimiyyət namizədlərin sayının çox olmasında maraqlı görünür.

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyə qədər 6 dəfə prezident seçkisi (1992, 1993, 1998, 2003, 2008, 2013) keçirilib. Bu seçkilərdə ən çox sayda namizəd 2013-cü ildə keçirilmiş seçkidə qeydə alınıb -10 nəfər. Daha çox sayda şəxs namizədliyini irəli sürsə də İlham Əliyev, Zahid Oruc, Cəmil Həsənli, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Fərəc Quliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, İlyas İsmayılov və Hafiz Hacıyevin namizədliyi rəsmi qeydə alınmışdı.

2018-ci ildə keçiriləcək prezident seçkisində namizədlərin sayının bundan çox olub-olmayacağına gəlincə, MSK sədri Məzahir Pənahovun son açıqlamasından belə qənaətə gəlmək olur ki, MSK sədri namizəd bolluğunu proqnozlaşdırıb.

Prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, növbəti seçkidə namizədlərin sayı uzağı 10 nəfər olacaq: "Əvvəla, MSK-nın sədri və ya hansısa üzvünün seçkilərdə namizədlərin sayının çox və ya az olacağı barədə hansısa fikir bildirməsi səlahiyyət həddini aşmaqdır. Çünki MSK seçkinin texniki tərəfini təşkil etmək vəzifələrini yerinə yetirən qurumdur. Neçə nəfərin namizədliyini verib-verməyəcəyinin MSK-ya heç bir aidiyyəti yoxdur. Mən düşünmürəm ki, seçkidə namizədlərin sayı çox olacaq. Çox güman ki, 7-8 nəfər namizəd olacaq. Ən uzağı keçən seçkilərdəki sayda namizədin olacağını düşünürəm. İndi namizədliyini elan eləmiş adamların bir çoxunun, ümumiyyətlə, seçkidə iştirak eləmək üçün praktiki olaraq imkanı yoxdur. Məsələn, Rəsul Quliyev və Hüseyn Abdullayev seçkidə iştirak edəcəyini bəyan edib. Halbuki onların gəlib burada seçkidə iştirak etmək imkanları yoxdur. Müxalifət partiyalarından isə hələlik cəmi bir neçə şəxsin namizədliyi elan olunub. Onlar da bəyan edib ki, mümkün olsa müxalifət olaraq seçkiyə vahid komanda, vahid namizədlə gedilə bilər. Neçə nəfərin seçkidə iştirak niyyətini bildirməsi seçkidə neçə nəfərin iştirak edəcəyini dəqiq söyləməyə imkan verməz. İstəyini açıqlayanların elələri də ola bilər ki, tələb olunan sayda imzaları toplaya bilməzlər. Seçki ağır prosesdir, bunun texniki, hüquqi, maliyyə, insan resursları tərəfləri var. Seçkidə bu tələbləri yerinə yetirə bilən çox az sayda adam olacaq”.

Hakimiyyətə namizədlərin sayının çox, yoxsa az olmasının sərf etdiyinə gəlincə, ADP sədri bildirdi ki, rəqib düşərgədən namizədlərin sayının çox olması iqtidara sərf edir: "Seçki bataqlığı deyilən anlayış var. Bu, namizədlərin sayının çox olmasından yaranan vəziyyətdir ki, iqtidara daha çox sərf edir. Hakimiyyətdən bir namizəd olur. Müxalifətdən isə o qədər tanınmayan çoxlu sayda adam namizədliyini verəndə seçicilər seçimdə çətinlik çəkir, müxalif düşərgənin səsləri parçalanır, bir çox seçicilər isə seçim anında hakimiyyətin namizədinə səs verir. Ona görə müxalifətin mümkün qədər az sayda namizədinin olması həmişə seçkilərdə daha məqsədəuyğun sayılır. Hakimiyyətə namizədlərin sayının çox olması həm də ona görə sərf edir ki, beynəlxalq aləmə ölkədə hər bir iddiaçıya, çoxlu sayda siyasi partiyaya seçkidə iştirak etmək imkanı yaradıldığı göstərilsin”.

Xəbər 1733 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +