Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


26.10.2017  11:46 

Yeni partiyanın adı və şüarı müzakirələrə səbəb oldu





A+  A-

Xəbər verdiyimiz kimi Türkiyədə artıq yeni partiya yaradılıb. Merak Akşenerin qurduğu “İyi” partiyasının adı, şüarı və loqosu müzakirələrə səbəb olub.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, “İyi”nin hər iki elementinin Antalya bələdiyyə sədri Menederes Türelin seçki kampaniyasında və qələbədən sonra istifadə etdiyi loqo və şüara bənzədiyi iddia edilir.

Belə ki, Türeli təmsil edən loqoda günəş simvolunun üzərində “Antalyaya iyi gelecek” sözləri yazılıb.

Digər mülahizələrdə isə partiya bayrağındakı “M” hərfinə bənzəyən elementin Oğuzların Bozox qolundan, Osmanlıların da mənsub olduğu Qayı boyundan ilhamlanaraq hazırlandığı deyilir. Qayı kəlməsi "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. İki ox, bir yay isə bu boyun simvoludur.

Onu da qeyd edək ki, Qayı boyunun bayrağı və simvolları “Diriliş Ertuğrul” serialında geniş təbliğ olunur. Və maraqlı məqamlardan biri ddə ondan ibarətdir Akşenerin partiyası sözügedən serialın yeni sezonunun başlandığı gün elan olundu.

Xəbər 815 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +