Putinin köməkçisi istefa verdi
Zəlzələdə ölənlərin sayı 20-yə çatdı
Böyük Çin səddi bağlanacaq
İki ölkə arasında diplomatik əlaqələr kəsildi
Azərbaycanlılar Rusiyadan deportasiya olundu
Bu gecə sulu qar, qar yağacaq
Bibiheybət yolu bu tarixdə açılacaq
Bakının iki rayonunda evlər qeydiyyata alınacaq
Müharibədə ABŞ-ın ən zəif yeri
Moskvada 20-yə yaxın reys təxirə salındı


26.10.2017  11:19 

“Bitkoin almaq istəyənlər ehtiyatlı olsun” - İqtisadçıdan açıqlama





A+  A-

İqtisadçı ekspert Vüqar Bayramov son zamanlar ölkədə müzakirə edilən bitkoin alıb almamaq məsələsinə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, iqtisadçı bununla bağlı bildirib ki, hazırda bitkoinlərin qiyməti 6 min dolları keçib: “Bitkoinlərin qiyməti 4 min dollara çatanda qiymət artımlarının olacağını proqnozlaşdırmışdıq. Qısa zamanda bitkonlərin qiyməti 50 faiz artdı. Bitkoin virtual ödəmə vasitəsidir. Kriptovalyuta olaraq bitkoin ilk virtual puldur ki, mərkəzləşdirilmədən dövriyyəyə buraxılıb. Bu da həmin valyutanım uğur qazanması səbəblərindən biridir. Bu pulu əldə etmək istəyənlər bitkoinin internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə bitkoin sifariş etmək münkündür. Eyni zamanda, qeydiyyatdan keçdikdən sonra yaşadığınız şəhərdə kimlərin bitkoinlərini satışa çıxartdığını da izləyə bilərsiniz.

Bitkoinlərdən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən hər hansısa sifariş həyata keçirmək mümkündür. Bitkoin əslində ən sadə ödəmə vasitəsidir. Həmçinin bitkoinlərin yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş veridyi halda sonradan daha baha yüksək dəyər ilə nağdlaşdırmaq mümkündür. Göründüyü kimi, bitkoin ilk baxışdan cəlbedicidir. Bura bəzi online ticarət şirkətləri ilə alış-veriş zamanı tətbiq etdikləri endirimləri də əlavə etsək o zaman mənzərə daha aydın olar”.

Onun sözlərinə görə, bəzilərinin dollara alternativ kimi baxdıqları bitkoinin gələcəyi eyni zamanda aparıcı ölkələrin bu virtual pula münasibətindən asılı olacaq: “Virtual pulların sayı artdıqca, nağd pulların istifadə dairəsi nisbətən məhdudlaşır. Bitkoinə də maraq artdıqca, bu, dolların dövriyyəsinə təsir edə bilər. Çünki bitkoin özü dollar istifadə dairəsinə və ya nağd pullara təsir edir. Bununla belə, hələlik ciddi təsirlərin olduğunu söyləmək olmaz. Bitkoinin istifadəsində hər hansısa çətinlik olmazsa, ümumiyyətlə, o valyuta coğrafi baxımdan limitsiz və məhdudiyyətsiz olaraq işləmək imkanına malik olarsa, bu, onlara marağın artmasına səbəb ola bilər.

Bununla belə, mərkəzləşdirilməmiş virtual valyutanın gələcəyi ilə bağlı risklər də qalmaqdadır. Ən ciddi narahatçılıq kəskin qiymət artımının “bitkoin üzərindəki köpüklərin partlamasına” gətirib çıxara biləcəyi ilə bağlıdır. Xüsusən də Beynəlxalq Valyuta Fondunun rəhbərinin bitkoinlər ilə bağlı xəbərdarlığından sonra bu risk daha da güclənməkdədir. Buna görə də, bitkoin almaq istəyənlərin ehtiyatlı olması, bunu mərhələli şəkildə edərək yığımlarını diversifikasiya etmələri çox vacibdir”.

Xəbər 432 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.01.2020  10:37 

Putinin köməkçisi istefa verdi

25.01.2020  09:30 

Böyük Çin səddi bağlanacaq

25.01.2020  09:12 

Tibetdə güclü zəlzələ olub

24.01.2020  19:24 

Həftəsonu hava şaxtalı olacaq

24.01.2020  18:35 

“Qalatasaray” Ardanı istəmir

24.01.2020  15:52 

Bakıda xadimə işlədiyi evi soydu

24.01.2020  15:39 

Bu gecə sulu qar, qar yağacaq

24.01.2020  11:26 

Madonnadan YENİ QADAĞA

24.01.2020  10:54 

Bu marşrut xətti də karta keçdi


BÜTÜN XƏBƏRLƏR +