Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


10.10.2017  14:28 

MDB liderlərinin Soçi görüşü nə vəd edir? - TƏHLİL





A+  A-

Oktyabrın 11-də Soçidə MDB dövlət başçılarının sammiti başlayır. Rusiya bu il MDB-yə sədrlik etdiyi üçün adı çəkilən kurort şəhəri sammitin keçiriləcəyi yerə çevrilib. İlin yekunu olaraq MDB sədri kimi Putin keçmiş ittifaq ölkələri arasında inteqrasiya proseslərinin möhkəmlənməsi ilə bağlı çıxış edəcək.
Sammitin proqramında korrupsiya, terrorizm, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması və s. məsələlər üzrə 19 sənədin imzalanması da gözlənilir. Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov imzalanacaq sənədlərin texniki xarakter daşıdığını vurğulayıb.

Soçi görüşündə müzakirə ediləcək məsələlərin bir qismi aidiyyatı nazirlər tərəfindən bundan öncə razılaşdırılıb. Lakin nazirlər yekun qərarı vermirlər. Razılaşdırılan sənədlər humanitar sahədə əməkdaşlığın dərinləşməsinə xidmət edir: 2019-cu il MDB-də "Kitab ili”, 2020-ci il isə “Böyük Vətən Müharibəsindəki Qələbənin 75 illiyi” elan olunacaq. Bundan əlavə, idman, turizm və gənclər siyasəti üzrə 2020-ci ilə qədər olacaq dövlət planı qəbul ediləcək.

Bütün prezidentlərin qol qoyacağı yeganə bəyanat isə Rusiyanın təşəbbüsü ilə hazırlanıb. Təşəbbüsdə ailə institutu və ənənəvi ailə dəyərlərinə dəstək ifadə olunacaq. Bəyanat önəmli olsa da, davam edən iqtisadi böhran və ərazi mübahisələri fonunda diqqət çəkmir.

Sammitin sonunda MDB-yə sədrlik Putindən Tacikistan lideri İmaməli Rahmona keçəcək.

Ciddi məsələlərin toxunulmadığı MDB sammitləri son illər tənqidlərlə üzləşir. MDB sammitlərini “prezident klubu” adlnadırırlar və real problemlərin müzakirə edilmədiyi tədbir sayırlar.

Maraqlıdır ki, MDB-də üzv ölkələrin sayının konkretliyi də şübhə altındadır. SSRİ dağılanda 15 müttəfiq respublikadan ibarət olan MDB hazırda Rusiya, Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, Özbəkistan və Türkmənistandan ibarətdir.
Ukraynanın MDB-yə üzvlüyü ilə bağlı məsələ isə qeyri-müəyyəndir. Hesab olunuir ki, Ukrayna formal olaraq MDB-dən ayrılmaq üçün müraciət etsə də, İttifaqdan hələ çıxmayıb. Krımın ilhaqı və Donbasda davam edən müharibə şəraitində Ukraynanın Soçidəki tədbirə qatılması isə real görünmür.

Maraqlıdır ki, bəzən liderlər MDB sammitlərinin gündəmindən narazılıqlarını açıq şəkildə dilə gətirirlər. Belarus prezidenti Aleksandr Lukaşenko kimi.

“Gündəmdə Dnestryanı, Dağlıq Qarabağ kimi problemlər yoxdur. Çox problemli Ukrayna mövzusu da. Biz bu problemləri gizlədirik, halbuki onların həllini tapmasaq belə, açıq şəkildə müzakirə etməliyik. Axı 15 müttəfiq respublikadan sammitə yalnız 9-u qatılıb. Halbuki ötən il onların sayı 11 idi. Ukrayna, Gürcüstan kimi önəmli ölkələr sammitdə yoxdur” –deyə Belarus lideri ötən il MDB xüsusi xidmət orqanlarının rəhbərlərinin 40-cı iclasındakı çıxışında demişdi.

Bu il Qazaxıstanla Qırğızıstan arasında da problem kəskinləşib. Almazbəy Atambayev Qazaxıstan lideri Nursultan Nazarbayevi Qırğızıstanın daxili işlərinə qarışmaqda ittiham edib. O, Nazarbayevin 15 oktybarda keçiriləcək prezident seçkilərində müxalifətçi namizəd Omurbek Babanovla görüşməsini pisləyib. Hesab olunur ki, Atambayev öz postunda keçmiş baş nazir Soronbay Jenbekovu görür və Babanovu “varis əməliyyatı”na təhlükə hesab edir.

Atambayev Qazaxıstan tərəfinə xəbərdarlıq da edib: “Qazaxıstan düzgün addım atmasa, biz başqa dildə danışacağıq”.


MDB sammiti tərəfləri barışdırmaq missiyasını öz üzərinə götürməli olsa da, sammitin gündəliyində bu məsələ barədə heç nə qeyd olunmayıb.

Sadalanan amilləri nəzərə alaraq, belə deyə bilərik ki, MDB sammitləri real problemlərdən çox, formal bəyantalarla kifayətlənir ki, bu da təşkilatın ciddi reputasiyalı olmadığına dəlalət edir. Buna görə də onun formatını dəyişməli olduğu vurğulanır.

(modern.az)

Xəbər 6527 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +