“Qarabağ”ın oyununa gedənlərin diqqətinə
“Kişi ilə qadın eyni tualet növbəsində dayanır”
“Vətəndaş problem içindədir...”
Azərbaycan sərt pul siyasət yürüdəcək
Ərdoğan ABŞ-a od PÜSKÜRDÜ
Ukrayna diplomatı ölkədən qovdu
Səlim Müslümov vəzifəsini itirdi
Sabahın havası - Külək, yağış, qar
Nazir büdcənin hara xərclənəcəyini açıqladı
İran prezidenti qələbəni elan etdi

      

22.08.2017  10:58 

“Rayon barama istehsalına görə ikinci nəticə göstərib” – Füzulidə müşavirə + FOTOLAR





A+  A-

Horadiz şəhərində Muğam Mərkəzində Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn məsələlərə həsr olunan iclas keçirilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və qabaqcıl kümçülər iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yığıncaqda çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlərdən və qarşıda duran məsələlərdən danışıb. Bildirib ki, ölkə başçısının göstərişi ilə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən böyük sevinclə qarşılanıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, xüsusilə 70-80-ci illərdə baramaçılıq Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunduğunu diqqətə çatdıran Alı Alıyev həmin dövrdə rayonda 232 ton barama istehsal olunaraq bu sahədə ən yüksək göstərici əldə olunduğunu vurğulayıb.
Alı Alıyev bildirib ki, 2016-cı ildə ipəkçilərimiz 3 tondan artıq barama istehsal etmiş, satdıqları məhsulun pulunu gecikmədən alıblar. Cari ildə isə rayonda 207 kümçü tərəfindən qısa müddətdə çox keyfiyyətli 25 tona yaxın yaş barama istehsal olunub, bu da əvvəlki illə müqayisədə 8 dəfə çox barama istehsalı deməkdir. İstehsal olunan məhsulun pulu kümçülərə plastik kartlar vasitəsilə ödənilib. İki aydan az müddətdə barama istehsalına görə rayona 220 min manata yaxın vəsait daxil olub. Həmçinin əhalinin məşğulluğu təmin edilib, 1200 nəfərdən artıq insan mövsümü işə cəlb edilib. Füzuli rayonu barama istehsalına görə respublikada ikinci nəticə göstərib.
Alı Alıyev qeyd edib ki, növbəti ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər görülməsinə başlanılıb. 2018-ci il üçün rayonda ipəkqurdu saxlayacaq kümçülər müəyyənləşdirilməli, onlarla yerlərdə görüşlər keçirilməli, ərazidə yeni toxumaçarların salınması, çəkil tinglərinin əkilməsi üçün yerlər müəyyənləşdirilməli, mövcud olan çəkil ağaclarının budanmalıdır.
Tədbirdə çıxış edənlər baramaçılığın, pambıqçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, təkliflər irəli sürüblər. Vurğulanıb ki, füzulililər rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın, pambıqçılığın inkişaf etdirilməsi, torpaqların təyinatına uyğun tam istifadə edilməsi, məhsuldarlığın artırılması üçün bütün qüvvələrini səfərbər edəcəklər.
Yığıncağa yekun vuran Alı Alıyev rayonda baramaçılıq və pambıqçılığın inkişaf etdirilməsi, torpaqlardan təyinatına uyğun məqsədyönlü istifadə olunması, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması üçün aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verib. Bildirib ki, rayonun barama istehsalçıları 2018-ci ildə öz işlərini Prezident İlham Əliyevin sədrliyi ilə Qax rayonunda keçirilən müşavirədəki nitqindən irəli gələn vəzifələr üzərində qurmalıdırlar.







Xəbər 637 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

21.11.2017  18:12 

Dolların sabahkı məzənnəsi

21.11.2017  15:07 

Ərdoğan ABŞ-a od PÜSKÜRDÜ

21.11.2017  14:48 

Ukrayna diplomatı ölkədən qovdu


BÜTÜN XƏBƏRLƏR +