Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


02.08.2017  08:57 

Məişət zorakılığından kim əziyyət çəkir?





A+  A-

Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, 2016-cı ildə məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib. Onların 807 nəfəri qadın olub. Qadınların 1-i 18 yaşadək, 1-i isə hamilə olub.

Zorakılıq cinayətlərinin çoxu qəsdən sağlamlığa zərər vurma ilə bağlı olub. Ötən il qəsdən sağlamlığa zərər vurmadan 33 nəfər zərər çəkib ki, onların 14-ü qadın olub.

Qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti nəticəsində zərərçəkən 77 nəfərin 57-si, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətindən zərərçəkən 812 nəfərin 660-ı (onların 1 nəfəri yaşı 18-dək olan qız olub) qadın olub.

Ötən il qəsdən adam öldürmə cinayətindən zərərçəkən 55 nəfərin 33-ü, adam öldürməyə cəhd cinayətindən zərərçəkən 22 nəfərin 18-i, adam öldürmə həddinə çatdırma halında isə zərərçəkənlərin 3-ü də qadın olub.

Xəbər 2921 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +