Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


30.07.2017  16:34 

Düşmənin atəşə tutduğu yaşayış məntəqələrində vəziyyət necədir?





A+  A-

İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb.
Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

XəzərNews.az xəbər verir ki, Modern.az saytı həmin ərazilərin nümayəndələri ilə əlaqə saxlayıb.

Qazax RİH başçısının Quşçu Ayrım kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz Məmmədovun sözlərinə görə, hazırda sakitlikdir:
“Hazırda kənddə sakitlikdir. Ümumi vəziyyət normaldır. Erməni təxribatlarına cavab olaraq ordumuz lazımi tədbirlər görməkdədir”

Ağstafa rayonunun Köhnə qışlaq kənd nümayəndəsi Tutal Həsənov də hazırda vəziyyətin normal olduğunu deyib: “Köhnə qışlaq kəndində sakitlikdir. Hazırda heç bir silah səsi eşidilmir. İnsanlarımız normal şəkildə işlərinin başındadır”

Qeyd edək ki, düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.



Xəbər 893 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +