Venesuela yenə qaranlığa büründü
İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ
Xəzər dənizində zəlzələ olub
“ASAN xidmət” bayram günlərində işləməyəcək
İran ABŞ-ı məhkəməyə vermək istəyir
Saakaşvili partiya rəhbərliyindən gedir
Sabah yağış yağacaq
Qaz niyə kəsilib? - “Azəriqaz”dan açıqlama
Düşmən atəşkəsə əməl etmir
Güclü küləklə bağlı əhaliyə - Xəbərdarlıq


07.06.2017  13:46 

“İrandakı terroru böyük güclərin törətdiyi ehtimalı var...” - Operativ şərh





A+  A-

"İranda ard-arda terror hadisəsinin baş verməsi göstərir ki, bu hadisələrdə xüsusi xidmət orqanlarının da əli var”.
XəzərNews.az xəbər verir ki, bu sözləri BakuPost.az-a açıqlamasında politoloq Qabil Hüseynli Tehranda baş verən terror aktlarını şərh edərkən deyib. O bildirib ki, hadisələrin baş verməsində 2 faktor rol oynamış ola bilər: biri daxili proseslərdir, digəri isə xarici qüvvələr: "İranda Mühafizəkarların parlament seçkilərində məğlub olması bu hadisələri körükləmiş ola bilər. Amma bu, çox zəif ehtimaldır.

Mən xarici faktora daha çox önəm verirəm. İŞİD-çilər uzun müddətdir ki, İrana qarşı təhdid sovururlar, onları hədələyirlər. Mən onların bu hadisədə iştirakını istisna etmirəm. Bölgənin bir sıra terrorçu qruplaşmaları var. Bu qruplaşmalar müəyyən ərəb ölkələrinin təsiri altındadır. Məsələn, Səudiyyə Ərəbistanı Suriyada fəaliyyət göstərən hərəkatı maliyyələşdirir. Bundan başqa bölgədə digər dövlətlərin də nüfuz dairəsində olan müəyyən siyasi qüvvələr var və onlar da İranda bu hadisələri törətmiş ola bilər.

İranın özünün terrora dəstək verməsi və terrorçu qruplaşmaları himayə altına alması indi bumeranq kimi özünə qarşı çevrilir. Zənnimcə, Yaxın Şərqdəki islam təmayüllü terrorçu qruplaşmaların Tehran terraktlarında əli var”.

Q. Hüseynli terror hadisələrinin baş verdiyi məkanların sıralamasına da diqqət çəkib. Onun fikrincə, əvvəlcə parlamentin hədəf seçilməsi, daha sonra Xomeyni məqbərəsinə hücum və daha sonra metrodakı partlayış göstərir ki, terror uzun müddət planlaşdırılıb: "Görünür, çox diqqətli hazırlanıb. Uzun vaxt imiş hazırlanırmış. Həm də bir-birinin ardınca olan terrorlar göstərir ki, hadisədə xüsusi xidmət orqanlarının əli var. Bu, təkcə terror qruplaşmasının işi deyil, plan xüsusi xidmət orqanları tərəfindən hazırlana, onun icrası isə terrorçulara tapşırıla bilər. Güman edirəm ki, bu məsələdə İranın son dövrlərdə İŞİD-ə qarşı əməliyyatlarda və Suriya azadlıq ordusuna qarşı apardığı mübarizədə oynadığı rolun təsiri ola bilər. Hər halda bu, çox ciddi hadisədir və burada böyük güclərin də təsiri olduğunu istisna etmirəm”.

Xəbər 2952 dəfə oxunub.




18.03.2019  18:52 

Xəzər dənizində zəlzələ olub

18.03.2019  18:06 

Prezident sərəncam imzaladı

18.03.2019  13:24 

Sabah yağış yağacaq

18.03.2019  11:20 

Axtarışda olan 31 nəfər tutuldu

18.03.2019  10:21 

Boksçumuz Avropa çempionu oldu

18.03.2019  09:38 

Düşmən atəşkəsə əməl etmir


BÜTÜN XƏBƏRLƏR +