İsrail Suriyaya gizlincə zərbə endirib
Zakir Həsənov idarə rəisini vəzifədən çıxardı
Sabah hava necə olacaq?
Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır
Ərdoğan təcili Moskvaya gedəcək
Suriyada bir həftəyə 637 terrorçu öldürülüb
Atəşkəs snayper tüfəngləri ilə pozulub
Azərbaycan Rusiyaya nota verdi
ABŞ ordusu Münbiçi ruslara verdi
Sabahın havası açıqlandı


06.06.2017  14:03 

Türkiyədən sensasion iddia: “Ermənistan Qarabağa 8 min əfqan muzdlusu gətirib”





A+  A-

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey sensasion bəyanatla çıxış edərək deyib ki, Ermənistan Əfqanıstandan 8 min muzdlu gətirərək Qarabağda yerləşdirib.
Göksel Gelbey Ermənistanın əfqan muzdlularını ötən lki aprel döyüşlərindən sonra gətirdiyini iddia edib.

Onun sözlərinə görə, ötən ilin aprelində baş vermiş döyüşlər zamanı Azərbaycanın güclü ordusu qarşısında əzilən və işğal etdiyi ərazilərin bir hissəsini əldən verən Ermənistan çoxlu itkilər vermişdi. “Buna görə erməni ailələri övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina etməyə başladılar. Ermənistan bu problemi həll etmək üçün pulla və bəzi şirnikləndirici vədlər verməklə səkkiz min əfqan əsilli muzdlu əsgəri gətirərək onlara hərbi təlim keçməyə başlayıb. Bu muzdlu əsgərlərə beş il xidmət etmək üçün 3 min dollar maaş və müddətin sonunda Ermənistan vətəndaşlığı, Avropa vizası ilə təmin olunmaq vədləri verib”-ASİMDER başqanı deyib.

Göksel Gülbeyin sözlərinə görə, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin öz ölkələrini qorumağa əsgərləri belə yoxdur. Bu səbəbdən Ermənistan Əfqanıstandakı yorucu savaşdan bezərək rahat həyat qurmağa can atan əfqanların bu istəklərindən yararlanaraq müsəlman milləti digər müsəlman millətə qarşı savaşmağa məcbur edir.

“Bunu İngiltərə 1915-ci ildə Çanakkalada müsəlman türk millətinə qarşı Afrikanın müsəlman ölkələrindən müstəmləkə altında əzilən insanları gətirib savaşdırmaqla edib. Eyni oyunu yenə də xaçpərəstlər oynayır. Bu oyunun içində inşallah ki, İranın olmadığına ümid edirik. Çünki əfqanların İran üzərindən Ermənistana keçdiyi məlumdur. Muzdlu əfqan əsgərlərin Ermənistana keçdikləri haqda İran vətəndaşlarının istifadə etdiyi sosial media qruplarındakı yazışmalarda bəhs olunur”-ASİMDER başqanı bildirib.

Göksel Gülbey İranı müsəlmanların qanını tökmək üçün Ermənistana gedən muzdlu əfqanların keçidinə icazə verməməyə çağırıb. Onun sözlərinə görə, Ermənistanın bu həərkəti Türkiyəni də diqqətli olmağa məcbur edir. Çünki həmin muzdlu əsgərlərin nə vaxtsa Türkiyəyə qarşı istifadəsi də mümkündür.

(virtualaz.org)

Xəbər 562 dəfə oxunub.




16.10.2019  14:08 

Sabah hava necə olacaq?

16.10.2019  11:53 

Ərdoğan təcili Moskvaya gedəcək

16.10.2019  10:54 

Qazla bağlı xəbərdarlıq

15.10.2019  20:29 

Azərbaycan Rusiyaya nota verdi

15.10.2019  18:16 

Məzənnə eynidir


BÜTÜN XƏBƏRLƏR +