“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


18.05.2017  16:08 

“Məni şəhərə gətirib nazirlə üzləşdirdilər” - Vidadi Zeynalov





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov çıxışına davam edib.

O bildirib ki, ittiham aktında çoxlu səhvlər var, istintaq qərəzli aparılıb, rəqəmlər şişirdilib: “İstintaq orqanı tərəfindən 37,9 milyon manatın necə hesablanaraq yazılması bu günədək mənə məlum deyil. Eyni rəqəmləri həm “Azintelekom”dan, həm “Aztelekom”dan köçürülən məbləğlərə şamil edirlər. Əslində, verilənlər dollarla hesablanırdı və məbləğ mənim ilkin ifadəmdə dediyim kimi 30 milyon dollar və ya 23,5 milyon manat olub. Həmin məbləğin 5,5 milyon dollarını, yəni 4,3 milyon manatını mən görməmişəm. Mənə deyilib ki, həmin borcu ATK-dən silinməsini təmin edin. Mən də demişəm aidiyyatı üzrə silsinlər. İcra başçıları, hətta başqa insanlar da nazirdən rəsmi və qeyri-rəsmi xahiş edib ki, rayonlarda quruculuq-abadlıq işləri gedir, sizin bina bərbad gündədir, təmir edin. Biz də vəsait ayrılması üçün “Aztelekom”a tapşırıq vermişik”.

V.Zeynalov deyib ki, rayon şöbələrinin rəisləri istintaq tərəfindən təhdid edilərək yalan ifadəyə qol çəkməyə məcbur edilib.

Sabiq aparat rəhbəri qeyd edib ki, o rəhbərliyin tapşırıqlarını sədaqətlə icra edib: “Tapşırığın digər icraçıları heç də vəzifədə məndən kiçik şəxslər deyillər. Mən heç kimə, heç bir məbləğ təyin etməmişəm. Mənim nə belə bir səlahiyyətim, nə də belə bir niyyətim olmayıb. Mən tutduğum vəzifəyə görə həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi. Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə İltimas Məmmədov məsul edilib, Vidadi Zeynalov yox. Əli Abbasov Qənbər Bəybalayevə siyahı vermişdi ki, “Azərpoçt”un bəzi əməkdaşlarına orada göstərilən məbləğləri versin. Bu da təqribən 1 milyon 703 min təşkil edirdi”.

Vidadi Zeynalov deyib ki, istintaq zamanı digər təqsirləndirilənlərlə üzləşmək istəsə də, buna icazə verilməyib: “Bir dəfə məni şəhərə gətirib Əli Abbasovla təqsirləndirilən şəxs kimi yox, şahid kimi üzləşdirdilər. Orada da hər ikimiz öz ilkin ifadələrimizi təsdiq etdik. Həmin üzləşdirmə protokolu 3 nəfər vəkilin, müstəntiqin, Əli Quliyevin, Əli Abbasovun və mənim iştirakımla tərtib olunaraq imzalanıb. Lakin mən həmin protokola nə məhkəməyə göndərilən istintaq materiallarında, nə də ittiham aktında rast gəlmədim”.

V.Zeynalov bildirib ki, dövlətə dəyən ziyanı ödəmək üçün əmlakını satmaq istəyir və artıq müştəri də tapılıb: “Həmin adam hazırda bankda gözləyir. Siz yoldaşımın adına olan əmlakın üzərindən həbsi götürün, dövlətə dəymiş ziyanı, boynuma qoyulan ziyanı ödəyim”.

Hakim isə bildirib ki, əmlaklarla bağlı məsələyə sonda qiymət veriləcək və vəsatət baxılmamış saxlanılıb.

Daha sonra “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev çıxış edərək nəyə görə ittiham edildiyini anlamadığını deyib: “Nazir Əli Abbasovun tapşırığına əsasən bizim idarədə bəzi əməkdaşlar “paket” alıb. Mən heç zaman “paket” almamışam. Alan şəxslərlə də qarışmamışam. O vaxtı hətta Əli Abbasov mənə tapşırdı bir qadını işə götürüm. Həmin qadın ayın sonu gəldi ki, mənə əlavə pul veriləcək. Dedim, mən əlavə pul verən deyiləm. Məndən icazə istədi ki, o zaman Əli Abbasovun yanına gedəcəm. Dedim buyurun. Sonra o gedib Rabitə Nazirliyindən həmin pulu aldı. Sonradan soruşdum dedi ki, 500 manat əlavə pul alıb. İndi mənə ittiham verilib ki, guya vəzifə səlahiyyətlərini aşmışam. Əvvəllər bizim idarə də maaş çox az idi. Mən nazirdən xahiş elədim ki, əməkhaqqımızı qaldırsın. O, “paket” verilməsini təklif etdi. Mən isə bununla razılaşmadım. Vidadi müəllim də mən deyəni dəstəklədi. Bizim maaşımız normallaşdı. Ona görə mən heç zaman əlavə pul söhbətində olmamışam”.

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 856 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +