ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya
Məmmədyarov həmsədrlərlə görüşdü
İran ABŞ-ın pilotsuz aparatını vurdu
Cəbhədən nə xəbər?
20 iyun - Ümumdünya Qaçqınlar Günüdür
Paşinyan Qarabağda müharibə istəyir
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Fuad Abbasov aclığı dayandırdı
“Mursi öldürülüb” - Ərdoğan
DİN sürücülərə xəbərdarlıq etdi


27.04.2017  17:19 

Azərbaycan XİN 7 ölkəyə xəbərdarlıq etdi





A+  A-

“Əldə etdiyimiz məlumata əsasən, 13-15 sentyabr 2017-ci il tarixində Ermənistan tərəfindən Yerevanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır”.
Bu sözləri XəzərNews.az-a açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, sözügedən konfransa Rusiya, Çexiya, Tacikistan, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan olan tibb üzrə mütəxəssislər dəvət olunublar.

“Azərbaycanın işğal olunmuş ərazilərində bu tədbiri təşkil etməklə Ermənistanın məqsədi tibbi reabilitasiyanın müasir aspektlərini müzakirə etmək deyil. Ermənistanın güddüyü əsl məqsəd siyasi təxribat xarakteri daşıyır. Ermənistan bu yolla yenə də qondarma rejimi təşviq etməyə və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməyə çalışır.

Bu Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır. Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir.

Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri də öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq”.


Xəbər 374 dəfə oxunub.




20.06.2019  11:18 

İyunda 11 nəfəri ilan sancıb

20.06.2019  10:08 

Cəbhədən nə xəbər?

19.06.2019  23:11 

Fuad Abbasov aclığı dayandırdı

19.06.2019  17:43 

Məzənnə açıqlandı

19.06.2019  17:26 

Pentaqon rəhbəri istefa verdi

19.06.2019  15:37 

Ərdoğan geri addım atacaq?


BÜTÜN XƏBƏRLƏR +