İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


08.04.2017  10:07 

Bəşəri dəyərlərin heç edilməsi...





A+  A-

Öz çıxış və yazılarından sitat gətirməyi sevən adamların hərəkətinə oxşasa da, zərurət üzündən 2011-ci il aprel ayının 27-də “Yeni Müsavat”da dərc olunmuş “Bəşərin vicdani, eşqi, ürəyi...” başlıqlı yazımdan iqtibaslar edirəm.
Bu sitatları gətirməkdə məqsəd uzaqgörənliyi iddia etməklə bağlı deyil, dünyanı idarə edənlərin nə qədər kütbeyin, korafəhm, qeyri-insanpərvər, dişsiz, yumşaq olmalarını göstərməkdir.

6 il öncə yazmışdıq:


“Suriyada Bəşər Əsəd fırtınası əsməkdədir. Şərq diktatorlarının ən gənci olan Bəşər Əsəd diktator atasından qalan hakimiyyəti qorumaq üçün heç nədən çəkinməyəcəyini ortaya qoyub. Adam öz xalqının üstünə tank-top yeridib, yüngül və ağır atıcı silahlar tuşlayıb. Sanki Bəşər Əsəd qonşu ölkədən hücuma keçən xarici təcavüzkarlarla müharibəyə başlayıb”.
“21-ci əsrin bu çağında öz haqqını tələb edən insanlar dünya ictimaiyyətinin gözü baxa-baxa öldürülür. Diktatura rejimlərinin hamısında olduğu kimi, Suriyada da antiBəşər çıxışlara görə antibəşəri cinayət törədilir. Elə bil, diktatorların istədikləri vaxt istədikləri sayda insanı qırıb-çatmaq, güllələmək kimi müstəsna hüquqları var”.

Məşhur bir ifadədə kiçik hərfi böyük edərək desək, “Bəşərin vicdanı, eşqi, ürəyi, fikri, düşüncəsi, zehni, diləyi” hakimiyyətdir. O, əmindir ki, Suriya xalqının bir hissəsini qıra-qıra, yaralaya-yaralaya, məhbəslərə ata-ata, işgəncə verə-verə axırda bütün üsyançıları ram edə biləcək.

Onun kimi adamlar üçün 21-ci əsr söhbəti yoxdur, onlar üçün sanki 16-cı əsrdir və qiyamı yatırtmaq üçün insan başlarından qala hördürmək lazımdırsa, onu da etmək olar. Bəşər Əsəd və onun kimilər hesab edirlər ki, Sultan Süleymana qalmayan dünya onlara qalacaq, qalmalıdır.

Hakimiyyət uğrunda qan tökmək vərdişini hələ ötən əsrin əvvəllərində tərgitmiş Avropa ərəb ölkələrində yaşanan insanlıq faciəsinə heyrətlə baxır və bir zümrənin bütün xalqı necə əzdiyinin şahidi olur. Qoca Avropa işə qarışmasa, çox çətin olacaq, müstəqil müstəbidlər öz xalqlarına məşəqqətlər yaşatmaqda davam edəcəklər.

Hər bir müstəbid bilməlidir ki, o, öz xalqını əzmək üçün güclüdürsə, ondan güclü olanlar da var. Dünya cəngəllik qanunları ilə idarə olunursa, onda istənilən diktator cəngəllikdə ov halına gələ bilər.

Biz (eləcə də amerikalı, avropalı həmkarlarımız) öz ölkəmizdə otura-otura bir müstəbidin öz xalqının başına oyunlar açacağını, on minlərlə insan öldürəcəyini, milyonlarla insanı öz evindən, vətənindən didərgin salacağını bilirdik, bu barədə yazırdıq, ancaq Suriyada nələrin baş verdiyini, verəcəyini bizdən on qat yaxşı bilən dünya liderləri qanlı diktatora dözümlü yanaşırdılar.

Bu gün Suriyanın hərbi bazalarının bombalanması gecdir. Bunu 6 il öncə etmək lazım idi, o vaxt vətəndaş müharibəsində ölənlərin sayı 10 minə çatmamışdı, bu gün 300 min civarındadır.

Hələ də Bəşər Əsədi dəstəkləyənlər “Suriyanın suverenliyi”ndən danışırlar. Hansı suverenlikdən söhbət gedir ki, Suriya beş yerə parçalanıb, şəhərlərinin daşı daş üstündə qalmayıb, suriyalı qaçqınlar Avropanı basıb, Bəşər Əsəd rejimi isə Rusiyanın və İranın köməyi olmasa İŞİD-in qarşısında belə aciz-avara qalır.

Yuxarıda istinad etdiyimiz yazıda bu suverenlik məsələsinə dair belə bir fikir də vardı: “Hər bir dövlətin suveren hüquqları varsa, hər bir insanın da yaşamaq, istəyəndə etiraz bildirmək hüququ var. Diktator bu hüquqa qəsd edirsə, artıq onun da hakimiyyətinə qəsd edilməsi haqqı yaranır”.

Bu gün ABŞ və başqa ölkələr məhz həmin haqdan istifadə edirlər. Bəşər Əsəd hərbi cinayət törədib və bu addımlarına, günahsız insanları kimyəvi silahla öldürdüyünə görə beynəlxalq Haaqa tribunalnda cavab verməlidir.

Hələ 6 il öncə ABŞ prezidenti Barak Obama, eləcə də İngiltərənin baş naziri Devid Kemeron, Almaniyanın baş naziri Angela Merkel, Fransa prezidenti Nikola Sarkozi buna çalışmalıydılar. Fəqət hamısı göz yumdu, Hitler xislətli birini özbaşına buraxdılar.

Ümid var ki, heç olmasa indi Bəşər Əsəd hansısa yolla hakimiyyətdən uzaqlaşdırılacaq, təqib ediləcək, ya Miloşeviç kimi tutulub Haaqaya aparılacaq, ya da Qəzzafi kimi linç ediləcək.

Bunların heç biri olmayacaqsa, uzun-uzadı bəşəri dəyərlərdən danışmağın yeri yoxdur.


Xalid KAZIMLI

Xəbər 3521 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +